Ümumdünya Səhiyyə Təşkilatı və Britaniyanın rəhbərliyi ilə "Qlobal Epidemiya Radarı" təşkilatı yaradılacaq
London, 22 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Böyük Britaniyanın “Wellcome Trust” fondunun rəhbərliyi altında "Qlobal Epidemiya Radarı" təşkilatı yaradılacaq.
Baş nazir Boris Conson yeni COVID-19 variantlarını araşdırmaq üçün yaradılacaq olan quruma, dəstək verəcəklərini açıqlayıb.
Qlobal epidemiya radarı yeni variantlar və patogenlər aşkarlamağa, onları yerindəcə qarşısını almaq üçün vaksinlər və müalicəni sürətlə inkişaf etdirməyə imkan yaradacaq.
Hələ ki, təşəbbüs mərhələsində olan bu mexanizm Britaniya səhiyyə mütəxəssisləri tərəfindən yaradılacaq və ilin sonuna qədər fəaliyyətə başlayacaq.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Britaniyanın patogen izləmə və sıralama ilə yanaşı peyvənd inkişafında da böyük nümunə olduğunu söyləyib.
Qeyd edək ki, iyun 3 və 4-də Krallıqda G7 səhiyyə nazirlərinin görüşü keçiriləcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]