ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNİN 40 İLLİYİ MÜNASİBƏTİLƏ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 14 iyul (AZƏRTAC). İyulun 14-də Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən videofilmlər müsabiqəsində qalib gəlmiş filmin nümayişi olmuşdur.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov böyük öndərin hakimiyyətə gəlməsinin 40 illiyi ilə bağlı tədbirlərin nəinki paytaxtda və regionlarda, həmçinin dünyanın bir çox ölkələrində geniş şəkildə keçirildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, Sovet İttifaqının tərkibində olan Azərbaycan ötən əsrin 70-ci illərinədək iqtisadi göstəricilərinə görə bir sıra respublikalardan geridə qalmışdı. Yalnız ümummilli liderin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra respublika tərəqqi dövrünə qədəm qoymuş, qısa zaman kəsiyində keçmiş SSRİ-nin ən qabaqcıl regionlarından birinə çevrilmişdir. Respublikanın sərvəti xalqın maddi rifahının yülsəlməsinə yönəlmiş, bütün sahələrdə köklü islahatlar aparılmışdır. Elm və təhsilə, idmana xüsusi qayğı göstərilmiş, onların inkişafı istiqamətində dövlət proqramları hazırlanıb həyata keçirilmişdir.
Tədbirin sonunda “Heydər Əliyev irsini öyrənirik” kursunun dinləyicələrinə fəxri fərmanlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]