Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub
Bakı, 25 iyun, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın dahi oğlu Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ümummilli Liderin məzarı üzərinə əklil qoyulub.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, ictimai-siyasi xadimlər Əziz Əliyevin və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib.