ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLDİ
Mərasim iştirakçıları xalqımızın dahi oğlunun nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransda çıxış edən əmək veteranları, müəllimlər, kimyaçılar, iqtisadçılar və başqaları böyük siyasətçi və dövlət xadimi, unudulmaz Heydər Əliyevin iqtisadiyyatın, mədəniyyətin inkişafında müstəsna rolundan danışdılar. Onlar Heydər Əliyevin əhalinin ən vacib mühüm sosial problemlərinin həllinə, qadına-anaya, qadına-əməkçiyə həmişə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladılar.
Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yetirmələri və məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Axırda Prezident Heydər Əliyevin 1998-ci ilin oktyabrında Azərbaycan qadınlarının birinci qurultayında tarixi nitqinin videolenti nümayiş etdirildi. Konfrans iştirakçılarının bir çoxu həmin qurultayın nümayəndəsi olmuşdur. Konfrans ərəfəsində Sumqayıt qadınlarının nümayəndə heyəti Bakıda Fəxri xiyabanda olmuş, ümummilli liderin məzarı önünə əklil və tər gül-çiçək dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]