ÜMUMMİLLİ LİDERİMİZİN XATİRƏSİ QAZAXISTANDA YAD EDİLMİŞDİR
Mərasimdə Belarusun Qazaxıstandakı səfiri L.Pakus, Gürcüstan səfiri Z.Şuqaiya, Türkiyə səfirliyinin Astanadakı nümayəndəsi M.Ucar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokol idarəsinin rəisi M.Əliyev, parlamentin deputatları, jurnalistlər, diasporumuzun üzvləri iştirak etmişlər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirmişdir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ölkəmizi dünyaya tanıtmış, iqtisadi və siyasi islahatlar sahəsində təxirəsalınmaz işlər görmüşdür.
Mərasimdə çıxış edənlər bildirmişlər ki, ulu öndər Heydər Əliyev dünya şöhrətli siyasi xadim olmuş, keçmiş SSRİ-nin ali rəhbərliyində ən yüksək pilləyə qalxmışdır.
Sonra mərasim iştirakçıları üçün ehsan verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]