Ümumölkə yerüstü televiziya kanallarında yayımlanan proqramların janr üzrə statistikası açıqlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi 2024-cü ilin üçüncü rübü üçün (iyul, avqust və sentyabr aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikasını açıqlayıb.
Audiovizual Şuradan AZƏRTAC-a bildirilib ki, statistikaya əsasən, ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olan proqramların 21,1 faizini informasiya və analitik proqramlar təşkil edib. Sıralamada sonrakı yerləri idman proqramları (16,5 faiz), reklam məzmunlu materiallar (ümumi 15,4 faiz), bədii film və seriallar (ümumi 15,1 faiz) tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 8,7 faiz olub.
Hər bir televiziya kanalı üzrə statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar.