ÜMUMRESPUBLİKA UŞAQ RƏSM MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR
Bakı İncəsənət Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müsabiqədən məqsəd uşaq və yeniyetmələrin təsviri sənətə meylini gücləndirmək, böyüməkdə olan nəsildə ətraf mühitə və milli sərvətlərimizə qayğıkeş münasibət tərbiyə etmək, təbiətimizlə mədəniyyətimiz və adət-ənənələrimiz arasındakı bağlılıq barədə onları məlumatlandırmaqdır.
Təxminən Iki ay davam edəcək müsabiqənin birinci ayında rəsmlərin qəbuluna, sonrakı ay isə qaliblərin müəyyənləşdirilməsinə həsr olunacaqdır.
Rəsmlər ayrı-ayrı bölgələr üzrə-Bakı, Gəncə, Şəki, Lənkəran ixtisaslaşdırılmış Uşaq bədii yaradıcılıq mərkəzlərində qəbul edilib mütəxəssislərdən ibarət Təşkilat Komitəsinə göndəriləcəkdir.
Müsabiqədə 14 yaşınadək uşaq və yeniyetmələr iştirak edə bilər. əsərlər 6-10, 10-14 yaş kateqoriyaları üzrə qiymətləndiriləcəkdir.
Axırda kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]