Ümumrusiya Azərbaycan Konqresi Krasnodar diyarında zərərçəkənlərə humanitar yardım məntəqəsi təşkil etmişdir
Bakı, 10 iyul (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresindən (ÜAK) AZƏRTAC-a bildirmişlər ki, ÜAK Mərkəzi Şurası Krasnodar diyarında 170-dək adamın həyatına son qoyan daşqın nəticəsində yüzlərlə insanın evsiz-eşiksiz, çətin vəziyyətdə qalması ilə əlaqədar bu hüznlü və ağır günlərdə həmvətənlərimizi zərərçəkənlərə gündəlik tələbat malları göndərməklə yardım etməyə çağırır. Zərərçəkənlərə yardım məntəqəsi ÜAK-ın Moskva regional bölməsinin yerləşdiyi “Baku” kinokonsert zalında təşkil edilmişdir.
Konqres əmin olduğunu bildirmişdir ki, Rusiyanın Azərbaycan diasporunun Krasnodar diyarında təbii fəlakətdən əziyyət çəkənlərə əlindən gələn köməyi etməsi ümumi bəlaya davam gətirməyə kömək edəcəkdir.
Konqresin həmvətənlərə müraciəti bütün regional bölmələrə göndərilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]