UNEC-də əcnəbi tələbələrin qəbulu aparılır
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, müraciət etmək istəyən əcnəbi namizədlərin UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.
İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin həmin sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]
AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
- 13.10.2026 [17:02]