UNEC-də xarici dil müəllimləri işə qəbul edilir
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Arzu edənlər CV və təsdiqedici sənədlərini iyunun 15-dək [email protected] ünvanına göndərə bilərlər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən ixtisas üzrə magistr dərəcəsi, beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 6 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 95) tələb olunur.
Pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodlarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, kompüter istifadəsi bacarığı (ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları) olan namizədlərə üstünlük verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]
AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
- 13.10.2026 [17:02]