UNEC ilə Çin universiteti arasında memorandum imzalanıb
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Çinin Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezident professor Li Guijin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə forum və konfransın keçirilməsi, tədqiqatların aparılması və nəticələrin çap etdirilməsi, “Kəmər-Yol” təşəbbüsü ilə bağlı məlumat mübadiləsinə dair razılıq əldə edilib və yeni əməkdaşlıq forması haqqında fikir mübadiləsi aparılıb.
Yekunda əməkdaşlıq memorandumu imzalanıb. Sənədi UNEC-in rektoru Ədalət Muradov və professor Li Guij imzalayıblar.