UNİBANK QARA DƏNİZ TİCARƏT VƏ İNKİŞAF BANKININ KREDİTİNDƏN İSTİFADƏ ETMƏYƏ BAŞLAMIŞDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin vəsaitin hesabına 200 min dollar məbləğində qida sənayesi məhsulu ixracı və 500 min dollar məbləğində avtomobil idxalı sahəsində layihələr gerçəkləşdiriləcəkdir.
UniBankın idarə heyətinin sədri Faiq Hüseynov demişdir: “QTİB-in kredit xəttinin vəsaitdən iqtisadiyyatın səmərəli inkişafının mühüm elementi sayılan ixrac-idxal əməliyyatlarını həyata keçirmək üçün istifadə ediləcəkdir. Həmin vəsaitdən, - onun ayrılması barədə saziş ötən il noyabrın 28-də imzalanmışdır, - belə sürətlə istifadə edilməsi bizim üçün son dərəcə mühüm amildir”.
UniBank Azərbaycanda ticarətin maliyyələşdirilməsi yolu ilə QTİB-dən vəsait alan ilk özəl bankdır. Müddətsiz birdəfəlik kredit xətti UniBanka QTİB-in üzvü olan ölkələrlə ticarət münasibətlərini inkişaf etdirmək üçün verilmişdir. Kredit xəttinin ümumi məbləği isə 3 milyon dollardır.