UNICEF: Filippində 2 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir
Bakı, 6 iyun, AZƏRTAC
Filippində təxminən 2 milyon uşaq ciddi qida çatışmazlığından əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında deyilir.
“Uşaq qidası yoxsulluğu: Erkən uşaqlıq dövründə qida çatışmazlığı” adlı qlobal hesabatda bildirilir ki, dünyada beş yaşınadək təxminən 181 milyon uşaq qida çatışmazlığı ilə üzləşir. Filippindəki vəziyyətə gəldikdə isə hər beş uşaqdan dördü yalnız ana südü, habelə tərkibində nişasta olan düyü, qarğıdalı və ya buğda əsaslı qida ilə qidalanır. Bu uşaqların 10 faizindən az hissəsi meyvə-tərəvəzlə qidalanır. Beş faizdən az hissəsi isə yumurta, balıq, quş əti və ya ətlə qidalanır. Hesabatda, həmçinin Filippinin hələ də uşaq qidası çatışmazlığının 65 faiz təşkil etdiyi ölkələrdən biri olduğu ortaya çıxıb.
Hesabatda 100-ə yaxın ölkədə müxtəlif gəlir qrupları nəzərə alınmaqla uşaqlar arasında qida çatışmazlığının təsirləri və səbəbləri təhlil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]