UORREN BAFFET VƏ BİLL GEYTS YOXSULLUĞA VƏ XƏSTƏLİKLƏRƏ QARŞI MÜBARİZƏDƏ SƏYLƏRİNİ BİRLƏŞDİRİRLƏR
Baffet mətbuat konfransda demişdir ki, var-dövlətin irsən verilməsinə tərəfdar deyildir, xüsusən də dünyada 6 milyard adamın yoxsulluq içində yaşadığı bir vaxtda.
Bill və Melinda Geyts Fonduna ianə hər il pul şəklində deyil, Baffetə məxsus “Berkşir Hatauey” holdinqinin səhmləri kimi daxil olacaqdır. Bununla belə, milyarderin şərtlərindən biri odur ki, daxil olan bütün məbləğ xeyriyyəçilik məqsədləri ilə elə bu il ərzində xərclənməlidir. Fonda “Berkşir Hatauey”in cəmi 10 milyon səhmi daxil olacaqdır.
“Maykrosoft” korporasiyasının əsasını qoyanlardan biri, dünyanın ən varlı adamı Bill Geyts və onun xanımı Melinda milyarder Baffetə bu səxavətinə görə dərin minnətdarlıqlarını bildirmişlər.