Ursula Fon der Lyayen yenidən Avropa Komissiyasının sədri postuna namizədliyini irəli sürüb
Paris, 19 fevral, AZƏRTAC,
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen fevralın 19-da ikinci müddətə namizədliyini elan edib.
AZƏRTAC xəbər verir ki, uzun müddətdir Almaniya “Xristian Demokrat İttifaqı” partiyasının üzvü olan 65 yaşlı Ursula Fon der Lyayen günorta saatlarında Berlində toplaşan siyasi qrupu qarşısında bu bəyanatla çıxış edib.
İyunun 6-dan 9-dək keçiriləcək seçkilər Avropa İttifaqının əsas təsisatlarının, o cümlədən Avropa Komissiyasının rəhbərlərinin yenilənməsinə yol açacaq ki, bu da səsvermə nəticəsində yaranan siyasi balansı əks etdirməlidir.
Ursula Fon der Lyayen Avropa Komissiyasına sədrlik etdiyi beş il ərzində 27 ölkəni birləşdirən Avropa İttifaqı Brexit, COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya hücumu, ABŞ və Çin arasında qarşıdurma kimi bir sıra sınaqlardan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]