UŞAĞIN AĞCİYƏRİNDƏKİ ŞİŞ ANA BƏTNİNDƏ KƏSİLİB GÖTÜRÜLMÜŞDÜR
Uilyamın anası Reyçel Uitteykerin əsaslı müayinəsi zamanı onun hamiləliyinin 20-ci həftəsində körpədə ağciyər şişinin getdikcə böyüdüyü aşkara çıxarılmışdı. Həkimlər hamiləliyi dayandırmağı tövsiyə etmiş, lakin Reyçel və əri buna razılaşmamışlar.
Döl ana bətnində ikən şişin kəsilib götürülməsi üçün əməliyyat aparmağa Londondakı Kral kolleci xəstəxanasının həkimləri razılıq vermişlər. Əməliyyatdan 10 gün sonra, hamiləliyin 28-ci həftəsində dünyaya gələn Uilyamın çəkisi cəmi 900 qram idi. Şiş metastaz verdiyi üçün həkimlər 5 gün sonra onun üzərində yeni əməliyyat apararaq, ağciyərinin yarısını kəsib götürməli olmuşlar.
Hazırda Uilyamın çəkisi 2,8 kiloqramdır. İki əməliyyatdan sonra inkişaf etmiş nəfəs çatışmazlığı üzündən o, yalnız oksigenlə zənginləşdirilmiş qaz qatışığı ilə nəfəs alır. Lakin həkimlərin fikrincə, uşağın vəziyyəti xeyli yaxşılaşmışdır və müalicəni evdə davam etdirmək olar. Valideynləri əmindirlər ki, Uilyam gələcəkdə öz yaşıdlarından fərqlənməyən normal uşaq kimi böyüyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]