Uşaq Kitabxanasında növbəti tədbir - “Nağılların rəng dünyası”
Bakı, 24 may, AZƏRTAC
Mayın 27-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Nağılların rəng dünyası” adlı tədbir keçiriləcək. Tədbir Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr ediləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd, mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılmaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirmək, həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirməklə nağılları yaşatmaqdır.
Tədbirdə uşaqların iştirakı ilə musiqili nağıl tamaşa və Gənc Tamaşaçılar Teatrının foyesində dünya xalqlarının nağıllarını əks etdirən maraqlı uşaq kitab sərgisi nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]