Uşaq və yeniyetmələr üçün ekoloji etika kursları keçirilmişdir
Bakı, 7 iyun (AZƏRTAC). “Sivilizasiya və maarifçilik” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Orta təhsil müəssisələrində ekoloji etika kurslarının təşkili” layihəsinin birinci mərhələsi başa çatmışdır.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyindəki 6 həftəlik kurslarda hüquq elmləri üzrə fəlsəfə doktoru Bəhruz Kərimov və biologiya elmləri üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyev şagirdlər üçün ekoloji etika ilə bağlı təlim keçmişlər.
Ekoloji etika kurslarının məqsədi hüquqi və ekoloji təcrübəni birləşdirməklə uşaq və yeniyetmələrə ətraf mühiti qorumaq, onu dəyərləndirmək vərdişi aşılamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]