Uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi keçiriləcək
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 25-26-da Vətən müharibəsində tarixi Zəfərin ildönümünə həsr olunmuş uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda keçiriləcək yarışda 6-13 yaşlı qızlar və oğlanlar fərdi kata və kumite yarışlarında mübarizə aparacaqlar.
Federasiyanın təqvim planı üzrə keçiriləcək ilin sonuncu turnirində respublikanın müxtəlif bölgələrindən klubların yetirmələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]