Uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi start götürüb
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Vətən müharibəsində tarixi Zəfərin ildönümünə həsr olunmuş uşaqlar arasında “Olimpiya ümidləri” adlı açıq karate birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda keçirilən yarışda 6-13 yaşlı qızlar və oğlanlar fərdi kata və kumite yarışlarında mübarizə aparırlar.
Yarışın birinci günündə 6-9 yaşarası oğlan və qızlar kata çıxışlarında, həmçinin 6 və 7 yaşlı oğlanlar kumitedə mübarizə aparacaqlar. 8-9 yaşlı oğlan və qızlar isə kumite yarışlarında güclərini sınayacaqlar.
Federasiyanın təqvim planı üzrə keçiriləcək ilin sonuncu turnirində respublikanın müxtəlif bölgələrindən klubların yetirmələri iştirak edirlər. Turnir dekabrın 26-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]