Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların dini mərasimlərə cəlb edilməsi yolverilməzdir

Uşaqların dini mərasimlərə cəlb edilməsi yolverilməzdir

Bakı, 3 oktyabr, AZƏRTAC

Müstəqil Azərbaycanımız hüquqi, dünyəvi, demokratik ölkə kimi dünya miqyasında günbəgün böyük nüfuz qazanmaqdadır. Xalqımız həmişə özünün milli, mənəvi dəyərlərinə böyük hörmət və ehtiramla yanaşmışdır. Bu dəyərlərdən biri də İslam dini ilə bağlıdır. Heç də təsadüfi deyildir ki, yaşadığımız 2017-ci il dövlətimizin başçısı tərəfindən “İslam Həmrəyliyi İli” elan edilib. Bu, dövlət səviyyəsində dinimizə olan münasibətin bariz nümunəsidir.

Ölkəmizdə din dövlətdən ayrıdır. Bununla yanaşı, hər kəsin vicdan azadlığı Konstitusiya ilə təsbit edilib. Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar birgə yaşayır, ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Lakin bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına rast gəlirik. Bu günlərdə Məhərrəm ayı ilə əlaqədar, Aşura günü dini ayinlərin icrası zamanı gördüklərimiz və mətbuatda işıqlanan bəzi faktlar təəssüf hissi doğurmaya bilməz. Bu ayinlərə körpələrin, yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsi haqlı olaraq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu haqda fikirlərini bölüşən Milli Məclisin deputatı Zahid Oruc deyib: “Azərbaycanda - mənim Vətənimdə hər bir vətəndaşın dini etiqadına azadlıq verilib və buna hörmətlə yanaşılır. Dini ayinlərin azad şəkildə keçirilməsi üçün meydan tanınıb. Lakin bununla bərabər bu günlərdə ölkəmizdə Aşura mərasiminin keçirilməsi zamanı bir tərəfdən bizim İslam dininin qorunub saxlanmasında rolu olan İmam Hüseynin müsibətinə gözyaşı axıdan, həqiqi ağrılar keçirən minlərlə insanı gördük. Amma bu sırada, həmçinin biz balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, kəsafətə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi olduq.

Məhz ona görə də parlamentin deputatı kimi bu məsələyə öz münasibətimizi ifadə etdik və qeyd etdik ki, Azərbaycanın öz daxili ictimai-siyasi idarəetmə quruluşu var. Etiqadın qeyd olunması forması bunun içərisində axtarılmalıdır. Ayrı ölkələrin modellərini götürüb bura tətbiq edəndə çox ağır nəticələr alına bilir. Bizim balacalarımız orada səslənən şüarların altında mənəvi-psixoloji cəhətdən gerçəkdənmi İmam Hüseyn məktəbinin ardıcılı olmaq istəyərək yalnız bu inama, yalnız bu düşüncələrə köklənmiş olur? Yoxsa onun nəticəsində bu gün dünyada yaşanan ekstremizmin, fundamentalizmin qurbanına çevrilir. Çox təəssüf ki, dediyimiz ikinci hal daha çox özünü göstərmiş olur.

Uşaqları dini libasa tamamilə bürüyəndə, onları yalnız bu şəhidlik adı altındakı xüsusi bir təbliğata - bir sıra hallarda sırf mövhumatçılıqla dolu olan, zahiri elementlərlə daha çox zənginləşdirilmiş təbliğata müncər edəndə onların düşüncə sistemi qapanır və məktəblə məscidin arasında qalırlar. Biz yaxşı bilirik ki, Məhəmməd peyğəmbər əleyhissalam hər zaman məktəbi məsciddən üstün tutub. Çox təəssüflər olsun ki, hətta İmam Hüseyn məktəbindən - gerçəkdən də böyük məktəbə, qeyri-bərabər döyüşdə canından qorxmadan öz inancı yolunda həyatını verən amma bununla bərabər, bəşəriyyətə daha artıq dərəcədə tamam başqa düşüncələri sərgiləyən adamın mübarizəsinin fəlsəfəsindən düzgün olmayan nəticələr çıxarırlar. Bu, bəzi adamların Azərbaycanda orta əsrlər geriliyini bərqərar etmək istəyindən irəli gəlir. Biz uşaqlarımıza hansı gələcəyi vəd etmək istəyirik? Bu adamlar həqiqətənmi məktəbdən, təhsildən qopararaq o azərbaycanlılara yaxşı sabah vəd edirlər?

Mən düşünürəm ki, ümumiyyətlə uşaqlarımızın o tədbirlərə bu şəkildə aparılması qanunsuzdur. Bizim Konstitusiyamız da, Ailə Məcəlləsi də bunu yasaq edir. Bu insanların dini təfəkkürü formalaşmayıb, onlar hələ dünyanı yeni anlayırlar və hansı simvollarla həyatı onların beyninə yazırsansa, onlar sabah həmin formada olacaqlar. Bizim bayrağımızda üç rəng var, bu, o anlama gəlir ki, Azərbaycan dövləti məhz bu üç fundamentin üzərində qurulub, birini o birindən artıq etsən, sistem yerindən çıxar. Ona görə də hesab edirəm ki, Azərbaycanda İslamın hazırkı şəkli fonunda biz bu dövlətdə dünyəvi bir modeldə yaşamaqdayıq. Dövlətimiz dinsiz və dinimiz də dövlətsiz ola bilməz.

Uşaqlarımızı o şəkildə meydanlarda təlqin olunan dindən qorumaq lazımdır. O uşaqları qurban etmək olmaz. Biz onları tamam fərqli bir gələcəkdə görürük. Hesab edirəm ki, bizim bu çağırışlarımız da o qüvvələr tərəfindən süngü ilə qarşılanmalı deyil”.

Deputat Sədaqət Vəliyeva deyir ki, uşaqların Aşura mərasiminə cəlb edilməsi onların səhhətinə və psixologiyasına ciddi mənfi təsir göstərir. Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur. O deyib: “Çünki həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Uşaqların orqanizmi zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar... Aşura mərasimində zəncir və qılınc vurma kimi hərəkətlərə yol verilir. Eyni zamanda, ağlaşma və özünüdöymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər.

İslam alimlərinin də bildirdiyi kimi, dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Bu, gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır.

Valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər. Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına ziddir”.

Məsələ ilə əlaqədar fikirlərini bölüşən deputat Məlahət İbrahimqızı bildirib: “Bir neçə gün bundan qabaq Aşura günü ilə bağlı müxtəlif ölkələrdə mərasimlər keçirildi. Azərbaycanın bəzi məscid və ibadət yerlərində də Aşura günü qeyd edildi. Sözsüz ki, Azərbaycan xalqının əksəriyyəti İslam dininə etiqad edir. İslam dini sülh dinidir, həmrəylik dinidir, inkişaf dinidir, mərhəmət dinidir - çox mütərəqqi bir dindir. Bu din xurafat və mövhumat deyil. İslam dini insanlara deyir ki, ömrünün sonuna qədər oxu, çalış, inkişaf et.

Amma çox təəssüf ki, İslam dini pərdəsi altında müəyyən əməllər də həyata keçirilir. Biz buna imkan verməməliyik. Quran, İslam dini heç kəsi hansısa ayinlərinə əməl etməyə məcbur etmir. Amma keçirilən bəzi mərasimlərdə biz xoşagəlməz halların şahidi oluruq. Dinimizi düzgün təbliğ etmək əvəzinə biz bunun əksini görürük.

Məsələn, bu günlərdə keçirilən Aşura mərasimində bir sıra məscidlərdə 6-7 yaşında, hətta 3-4 yaşında yetkinlik yaşına çatmayan körpə uşaqların, o cümlədən qız uşaqlarının ayinlərdə iştirakının şahidi olduq. Körpə uşaqların belə mərasimlərə aparılması yolverilməzdir.

Biz dinimizi mövhumat formasında təbliğ etməməliyik və belə hallara yol verməməliyik.

Azərbaycanda bu il “İslam Həmrəyliyi İli” elan olunub. Bizim zəngin milli dəyərlərimiz var. Xalqımız bu dəyərlərin zənginliyi ilə həmişə fəxr edib. İslam dini də bu dəyərlərin fövqündə durur.

Biz heç vaxt yol verməməliyik ki, dinimiz bu şəkildə təbliğ olunsun.

Hər bir insan öz dinini şüurlu olaraq dərk edərək yaşamalıdır, öz dini ibadətlərini həyata keçirməlidir. Məcburiyyət və zor İslam dinində qəbuledilməzdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib