Useyn Bolt futbolçu karyerasını bitirib
Bakı, 23 yanvar, AZƏRTAC
Atletika üzrə səkkizqat Olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbolçu karyerasını bitirib.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın A liqasında çıxış edən “Sentral Kost Mariners” klubu ilə yoxlama oyununda qollar vuran Bolt peşəkar müqavilə imzalamaq üçün yaxşı təkliflər almadığı üçün bu qərarı verdiyini bildirib.
Bolt 2017-ci ilin sonunda atletika karyerasını bitirib və futbolla məşğul olmaq istəyib. Yamaykalı idmançı “Pekin-2008”, “London-2012” və “Rio-2016”da 100 və 200 metrə məsafəyə qaçış yarışlarında Olimpiya çempionu olmuş yeganə idmançıdır. O, həmçinin 100 və 200 metr məsafəyə qaçışda dünya rekordçusudur.
Qeyd edək ki, 2018-ci ilin avqustundan Avstraliya klubu ilə məşqlərə çıxan Bolt maliyyə məsələsində komanda ilə razılaşmadığı üçün “Sentral Kost Mariners”lə yollarını ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]