ÜZEYİR HACIBƏYOVUN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS
Məktəbin direktoru, fəlsəfə elmləri doktoru Nigar Cərullaqızı gənc nəslin təhsilində, musiqi dünyasının zənginləşməsində Ü.Hacıbəyov yaradıcılığının rolundan, dahi bəstəkarın əsərlərindən və onun Azərbaycan xalqına bəxş etdiyi sənət xəzinəsindən söz açmışdır.
Məktəbin X sinif şagirdi Günel Məmmədova “Xəlqçilik, millilik Üzeyir Hacıbəyovun çoxşaxəli yaradıcılığının əsas qayəsidir”, XI sinif şagirdi Ləman Şəfiyeva “Müslüm Maqomayevin “Şah İsmayıl” operası və Azərbaycan muğam sənəti” mövzusunda məruzə etmişlər. Məktəbin müəllimləri, bəstəkar, musiqişünas Nərgiz Şəfiyeva, sənətşünaslıq namizədi Səadət Səfərova, Reyhan Əliyeva Ü.Hacıbəyovun həyat və yaradıcılığından danışmışlar. Konfrans məktəb şagirdlərinin tərtib etdikləri Ü.Hacıbəyovun əsərlərindən ibarət konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]