Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vahid sahədə vahid əkin” layihəsi fermerlərin gəlirini artıracaq – REPORTAJ VİDEO

Ağcabədi, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir. Kiçik torpaq sahiblərinin yanaşı ərazilərdə vahid bitki becərməyə qərar verməsi onların xərclərini azaltmaqla daha çox qazanc götürməsinə imkan verəcək.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Vahid sahədə vahid əkin” konsepsiyası kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər: “Bilirsiniz ki, ölkənin torpaq və su ehtiyatları məhduddur, aparılmış torpaq islahatları zamanı əhalinin sıx məskunlaşdığı rayonlarda adambaşına çox az pay torpağı düşüb. Elə rayonlar, elə kəndlər var ki, adambaşına düşən torpaq həcmi 5-10 sot arasındadır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatlara əsasən, ölkədə 600 mindən çox fermer var. Kiçik torpaq sahələrində kənd təsərrüfatı baxımından böyük səmərə əldə etmək mümkün deyil. Ötən illərin də təcrübəsi göstərir ki, bölgü aparılmış vahid massivlərdə fermerlər fərqli bitkilər əkirlər. Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika problemi həll olunur, suvarma problemi həll olunur, işçi qüvvəsi problemi həll olunur”.

Yanaşı sahələrdə fərqli bitkilərin becərməsi suvarma, aqrotexniki qulluq zərərvericilərə qarşı mübarizə baxımından fermerlərə çətinliklər yaradır. “Vahid sahədə vahid əkin” layihəsi bu çətinlikləri köklü şəklidə aradan qaldırır.

Vüqar Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında eyni massivdə yerləşən kiçik torpaq sahələrində vahid bitkinin əkilməsinin daha uyğun olduğuna dair maaarifləndirmə işi aparır. “Fermerlər təşəbbüsü müsbət qarşılayıb, artıq istər Ağcabədi rayonunda, istər Bərdə rayonunda, istərsə də digər rayonlarda vahid massivlərdə vahid bitkinin becərilməsinə dair fermerlər arasında razılaşmalar var. Biz həmin təşəbbüslərin həyata keçirildiyi kəndlərdə fermerlərlə görüşürük. Hüsülü kəndində gördüyünüz bu torpaq sahəsi islahat zamanı 16 ailə arasında bölünüb. Bu sahədə indiyədək eyni vaxtda bostan bitkiləri, taxıl, pambıq, yonca əkilib. Amma indi fermerlər öz aralarında razılığa gələrək bu sahədə eyni bitki becərəcəklər. Fermerlərlə söhbətimizdən məlum oldu ki, vahid sahədə bu il pambıq əkmək istəyirlər. Kənd Təsərrüfatı Nazirliyi də fermerlərdən gələn bu cür təşəbbüsləri dəstəkləyir. Vahid massivlərdə hansı bitkinin becərilməsinə fermerlər özləri qərar verir, biz onlara rayonun ixtisaslaşmasına uyğun bitkilər əkilməsini tövsiyə edirik”, - deyə o əlavə edib.

Nazirlik rəsmisi deyir ki, vahid massivlərdə hansı bitkinin əkilməsi əsas deyil. Əsas odur ki, kiçik torpaq sahibləri vahid massivlərdə vahid bitkinin əkilməsi ilə bağlı razılıq əldə etsinlər: “Vahid əkin aparan fermerlər indiyədək üzləşdikləri bir çox çətinlikləri həll etmiş olacaqlar. Təsəvvür edin ki, burada 20 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bundan əvvəl 4-5 fərqli bitki əkilirdi. Bu qədər fərqli bitkinin əkildiyi sahələrə 4-5 fərqli mütəxəssis lazımdır, fərqli texnika lazımdır. Bundan başqa, bir bitkiyə zərərvericilərlə mübarizə məqsədilə verilən dərmanlar digər bitkiyə ziyan vurur. Bu baxımdan hesab edirik ki, bu ildən start verilən “Vahid sahədə vahid əkin” layihəsi fermerlərə daha çox gəlir gətirəcək, onların xərclərini azaldacaq, əkilmiş bitki üzrə orta məhsuldarlığı artırmış olacaq”.

Əkin sahələrinin qarşılıqlı razılıq əsasında birləşdirilməsi və rayonun ixtisaslaşmasına uyğun bitki əkilməsi fermerləri də razı salır. Ağcabədi rayonunun Hüsülü kənd sakini, fermer Fariz Hüseynov deyir ki, vahid sahədə vahid əkinin aparılması su və torpaq itkisinin qarşısını alır, texnikaya tələbat, becərmə ilə bağlı çətinlikləri aradan qaldırır.

“Hüsülü kəndidə islahat zamanı adambaşına 35-40 sot torpaq düşüb. 2019-cu bu sahədə 1 hektar, 3 hektar sahələrdə yonca və digər bitkilər əkilmişdi. Ötən il qərara gəldik ki, hamımız bu sahədə pambıq əkək. 13 ailənin torpağını birləşdirdik, 15 hektar sahədə pambıq əkdik, hər hektardan 40 sentner pambıq yığdıq. Bu il üç ailə də bu təşəbbüsə qoşuldu, pambıq əkiləcək sahənin həcminin 20 hektaradək artırdıq. Hazırda 50 santimetr dərinlikdə şum aparılıb. Aprelin 5-də pambıq səpininə start verəcəyik. Torpaqları birləşdirmək çox yaxşı səmərə verir. Məsələn, 10 ailənin torpağı olsa, 10 dənə arx çəkilməlidir, hər arx 1 metr yer tutur. Sahənin uzunluğu 800 metr olsa, 80 sot torpaq arxaltı itkiyə gedir. Bir arxda 1 metr itkiyə gedir, torpaqları birləşdirəndə isə itki olmur. Belə sahələrdə mexanizatorlar da rahat işləyir”, - deyə o bildirib.

Artıq Azərbaycanın 8 rayonunda fermerlər arasında “Vahid sahədə vahid əkin” konsepsiyasına uyğun əkin aparmaq barədə razılıq əldə olunub. Həmin rayonlarda kiçik pay torpağı olan fermerlər vahid massivlərdə pambıq, taxıl, yonca, günəbaxan, kartof əkməyə qərar veriblər.

“Vahid sahədə vahid əkin” layihəsi fermerlərin gəlirini artıracaq –  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir