Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır
Bakı, 5 fevral, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçirilib, onun test mərhələsində 1500-dək namizəd iştirak edib. Müsabiqə mərhələsini uğurla başa vurmuş 730 namizədlə müsahibələr 2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilib. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən müsabiqənin yekun - yerləşdirmə mərhələsi reallaşdırılır. Müsahibədə uğur qazanan namizədlər fevralın 6-dan etibarən nazirliyə dəvət olunacaq və onlara müvafiq vakant yerlər təklif ediləcək. Vakant yerlər namizədlərə onların bilik və bacarıqlarına uyğun təklif olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:35]
Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu
- 28.09.2026 [14:21]
“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr
- 28.09.2026 [14:17]
Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi
- 28.09.2026 [14:03]
“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya
- 28.09.2026 [12:29]
Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb
- 28.09.2026 [12:04]
DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
- 28.09.2026 [11:53]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi
- 28.09.2026 [11:40]