Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibədə 26 nəfər uğur qazanıb
Bakı, 5 iyun, AZƏRTAC
Dövlət orqanlarında 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 26 nəfər uğur qazanıb.
Mayın 3-dən keçirilən müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]