Vaksinasiya olunmuş avropalıların Fransaya səfəri zamanı PCR testi tələb olunmayacaq
Paris, 6 iyun, AZƏRTAC
İyunun 9-dan etibarən Avropa Birliyinin qəbul etdiyi “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Janssen” peyvəndləri vurulmuş avropalılardan Fransaya gəlişi zamanı PCR testi tələb olunmayacaq.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın turizm üzrə dövlət katibi Jan-Batist Lömuan məlumat verib. Bildirib ki, İsrail, Avstraliya və Yaponiya kimi ölkələrin vətəndaşları da bu müddəadan bəhrələnə biləcəklər.
Vurğulayıb ki, İsrail ən çox peyvənd vurulan ölkədir. Hər 10 sakindən 6-sına peyvəndin hər iki dozası vurulub.
Həmçinin Kanada (59 faiz), Birləşmiş Krallıq (58,3 faiz), Çili (56,6 faiz) və ABŞ (51 faiz) kimi ölkələr peyvənd vurulmasına görə öndə gedən ölkələrdəndir. Halbuki Avropa Birliyi zonasında ümumi əhalinin yalnız 39 faizi peyvənd olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]