CƏMİYYƏT
Vəkillər Kollegiyasının sədri vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətlərini dinləyib
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib. Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ARVK-nın binasında Bakı və rayonlardan qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.
Sədr vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Xatırladaq ki, ARVK sədri Anar Bağırovun qəbuluna yazılmaq istəyən vətəndaşlar Kollegiya Aparatına müraciət edə bilərlər.