“Velosiped sür, hərəkətə sən də qoşul” layihəsi start götürüb
Bakı, 25 yanvar, AZƏRTAC
Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə 90 günlük fəallıq kampaniyası çərçivəsində Bakıda yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında “Velosiped sür, hərəkətə sən də qoşul” layihəsi start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, velosiped idmanına marağı daha da artırmaq üçün “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” mövzusunda seminar-təlimlərə Nəsimi rayonu 5 nömrəli orta məktəbdə start verilib.
Tədbir zamanı məktəbin 200-ə yaxın şagirdi arasında təbliğat və təşviqat işləri aparılıb.