Venesiyada ilk dəfə elektrikli su taksisi fəaliyyət göstərəcək
Roma, 28 may, AZƏRTAC
Venesiyada ilk dəfə olaraq tam elektriklə işləyən su taksisi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, “Lucietta” adlı qayıq 29 may - 2 iyun tarixlərində Venesiyada keçiriləcək qayıq şousunda təqdim olunacaq.
“Lucietta”nın dizaynerləri qayığın Venesiyada elektrikli şəhər hərəkətliliyinin yeni paradiqmasını, eyni zamanda, ənənə ilə yenilik arasındakı tarazlığı təmsil etdiyini bildirirlər.
İlk elektrikli su taksisi, həmçinin 27 avqust - 6 sentyabr tarixlərində keçiriləcək 82-ci Venesiya Film Festivalının zamanı aktyorların tarixi şəhərdən Lido adasına çatdırılmasında əsas olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]