VERGİ ORQANLARINDAN XARİC EDİLMİŞLƏR
Bu müddətdə vergi ödəyicilərindən və vətəndaşlardan vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) barədə 108 müraciət, eləcə də hüquq mühafizə orqanlarından və nazirliyin struktur bölmələrindən daxil olmuş 8 təqdimat üzrə xidməti araşdırma aparılmışdır.
Təhqiqatlar nəticəsində Vergi Məcəlləsinin, vergi qanunvericiliyini tənzimləyən normativ-hüquqi aktların, nazirliyin təşkilati-sərəncam sənədlərinin tələblərini pozmuş, həmçinin vergi nəzarətinin həyata keçirilməsi, vergilərin hesablanması və borcların alınması sahəsində nöqsanlara yol vermiş 71 əməkdaş barədə qanuna müvafiq tədbir görülmüşdür. 25 nəfər vəzifəli şəxsin vergi orqanlarında fəaliyyətinə xitam verilmiş, 1 nəfər aşağı vəzifəyə keçirilmiş, 6 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 21 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 18 nəfərə isə intizam tənbehi verilmişdir.
Xidməti araşdırmalar nəticəsində 12 materialda cinayət əlamətləri müəyyən edildiyindən, aidiyyatı üzrə baxılması üçün istintaq orqanlarına göndərilmişdir.