Azərbaycan Dövlət İnformasiya Agentliyi

VERGİLƏR NAZİRİ FAZİL MƏMMƏDOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident,

Hörmətli iclas iştirakçıları!

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda iqtisadi inkişafın möhkəm təməli ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Məhz bu dövrdə ümummilli liderimiz Heydər Əliyevin apardığı və sonradan, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən davam etdirilən uzaqgörən siyasət nəticəsində respublikada siyasi, sosial-iqtisadi stabillik təmin edilmiş və iqtisadi islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yaradılmışdır. İqtisadi islahatlar makroiqtisadi sabitliyin və struktur dəyişikliklərinin təmin olunmasına, iqtisadiyyatın dinamik inkişaf etməsinə və bu sahədə özəl sektorun rolunun gözlənməsinə səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əlyevin bilavasitə tapşırığı və tövsiyələrinə, son dövrdə Sizin vergi orqanları qarşısında qoyduğunuz tələblərə uyğun olaraq, respublikanın vergi sistemində həyata keçirilən islahatlar 2005-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmiş və aparılmış dəyişikliklər vergi daxilolmalarının ahəngdarlığına nail olunmasına müsbət təsir göstərmişdir. 2005-ci ilin yanvar-sentyabr aylarında 5 trilyon 43,2 milyard manat proqnoza qarşı, dövlət büdcəsinə 5 trilyon 74,5 milyard manat vəsait daxil olması təmin edilmiş, proqnoza 100,6 faiz əməl olunmuşdur. Bu müddətdə büdcəyə daxil olmuş vəsaitin həcmi 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 trilyon 470, 8 milyard manat və ya 40,8 faiz artıqdır.

Qeyri-dövlət sektorundan 2 trilyon 356,3 milyard manata qarşı, 2 trilyon 737,5 milyard manat vəsait daxil olmuş, proqnoza 116, 2 faiz əməl edilmişdir. Bu, 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 909,8 milyard manat və ya 49,8 faiz çoxdur.

2005-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektorundan büdcəyə 2 trilyon 940,7 milyard manata qarşı, 3 trilyon 176,8 milyard manat vəsait daxil olmuş, proqnoza 108 faiz əməl edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 947,5 milyard manat və ya 42,5 faiz çoxdur.

Məndən əvvəl çıxış edən maliyyə naziri Əvəz Ələkbərovun çıxışında 2005-ci ilin 9 ayı ərzində dövlət büdcəsinin gəlir və xərcləri barədə ətraflı məlumat verildiyinə görə, mən ötən dövrdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən digər tədbirlər haqqında məruzə etmək istərdim.

Möhtərəm cənab Prezident!

Sizin 2005-ci il 7 fevral tarixli Fərmanınızın icrası kimi Vergilər Nazirliyi denominasiyanın aparılması ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması üçün onlarla müxtəlif görüşlər keçirmiş, kütləvi informasiya vasitələrində məlumatlandırma və təbliğat kampaniyasının aparılması təşkil edilmişdir. Vergilər Nazirliyinin mərkəzi bazasında vergi ödəyicilərinin bütün məlumatlarının yeni manata çevrilməsi üzrə tədbirlər həyata keçirilir. Bu məqsədlə bəyannamələrin yeni layihələri hazırlanmışdır və yaxın günlərdə təsdiq ediləcəkdir. “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2005-ci il 31 may tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi hazırlanmış və Milli Məclisdə müzakirə edilərək qəbul olunmuşdur.

Yuxarıda qeyd olunan Fərmanın icrası baxımından 2005-ci ilin yanvar-sentyabr ayları ərzində görülən operativ vergi nəzarəti tədbirləri nəticəsində 10 min 79 obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması və ya qanunsuz fəaliyyət göstərmə ilə əlaqədar 10 min 625 protokol tərtib edilmiş və qanuna müvafiq tədbirlər görülmüşdür.

2005-ci il yanvar-sentyabr aylarında mövcud iş yerlərinin qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən vergi nəzarəti zamanı 4 min 118 vergi ödəyicisində qanun pozuntusuna yol verildiyi aşkar olunmuşdur. Rəsmiləşdirilməmiş 7166 iş yeri müəyyən edilmişdir ki, bu da həmin vergi ödəyicilərində mövcud olan iş yerlərinin 31,45 faizini təşkil edir.

Cənab Prezident, bilavasitə Sizin tapşırığınızın icrası olaraq, Vergilər Nazirliyi ödəniş sisteminin inkişaf etdirilməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi məqsədi ilə “Azərbaycan Respublikasında pərakəndə ticarət və xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartı vasitəsilə aparılmasının genişləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsini hazırlayaraq Prezidentin İcra Aparatına təqdim etmişdir.

Möhtərəm cənab Prezident, vergi orqanları qarşısında qoyduğunuz tapşırıqların icrasını təmin etmək məqsədi ilə aparılan səyyar vergi yoxlamalarının keyfiyyəti artırılmış, əsassız olaraq uzunsürən yoxlamalar aparılması praktikasına son qoyulmuş, yoxlamaların müasir və mədəni metodlarla aparılmasına nail olunmuşdur. Cari ilin 9 ayı ərzində cəmi 3325 vergi ödəyicisində vergi yoxlaması aparılmışdır ki, bu da faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin 2,9 faizini təşkil edir.

Bu ilin 9 ayı ərzində aparılmış səyyar vergi yoxlamaları nəticəsində əlavə hesablanmış vəsait 699,4 milyard manat təşkil etmişdir ki, bu da 2004-cü ilin müvafiq göstəricisindən 363,2 milyard manat çoxdur.

Müasir informasiya texnologiyalarının tətbiqi vergi ödəyicilərinin ərazilərinə getmədən onların gəlirlərini nəzarətə götürməyə imkan yaratmışdır. Görülmüş tədbirlər nəticəsində təkcə 2005-ci ilin yanvar-sentyabr ayları ərzində 27,3 min vergi ödəyicisinə kommunal qaydada 1 trilyon 720,8 milyard manat əlavə vəsait hesablanmışdır. Bu, 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

2005-ci ilin yanvar-sentyabr aylarında təkcə əlavə dəyər vergisi hesab-fakturalarından qanunsuz istifadə etməklə vergidən yayınan 134 vergi ödəyicisinə 171,4 milyard manat məbləğində əlavə vəsait hesablanmış və 38,6 milyard manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin müddət ərzində vergidən yayınma ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən 256 cinayət işinə başlanmış, icraatda olan 134 işin istintaqı tamamlanmış, 128 nəfər haqqında 96 iş məhkəməyə göndərilmişdir. 52 nəfər vergi ödəməkdən yayınma və digər cinayət törətdiklərinə görə məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilməklə, dövlətə vurulmuş ziyandan 31,6 milyard manat ödənilməsi təmin edilmişdir.

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərin icrası ilə əlaqədar Vergilər Nazirliyi sistemində şəffaflığın təmini, əməkdaşların siyasi, mənəvi və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi dövlətin siyasətinin düzgün davranılması sahəsində tədbirlər həyata keçirilmişdir. Vergi orqanlarında fəaliyyət üzrə aparılan araşdırmalar nəticəsində qanunazidd hərəkətlərinə görə 2005-ci ilin ötən dövrü ərzində 27 əməkdaşın xidmətinə xitam verilmiş, 329 nəfərə qarşı inzibati tədbir görülmüş, 1 nəfər aşağı vəzifəyə keçirilmiş, 6 nəfərin xüsusi rütbəsi aşağı salınmış, 1 nəfər əməkdaş həbs edilərək, barəsində olan materiallar prokurorluğa göndərilmişdir.

Bundan başqa, adı çəkilən Qanunun müddəalarına əsasən, Vergilər Nazirliyi tərəfindən vəzifəli şəxslərin maliyyə bəyannaməsi hazırlanmış və müvafiq dövlət orqanlarına təqdim edilmişdir. Ölkə rəhbərliyinin dövlət qulluğuna işə qəbulun şəffaf aparılması və dövlət qulluğunun gənc, peşəkar kadrlarla komplektləşdirilməsi siyasətinə uyğun olaraq, bu ilin oktyabr ayında tələbə Qəbulu üzrə Dövlət Komissiyasının vergi orqanlarında xidməti qəbulla bağlı test imtahanı keçirilmişdir. İmtahan vermiş 361 nəfərdən 117 nəfər 70-dən yuxarı bal toplayaraq, növbəti müsahibə mərhələsinə keçmiş, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş 75 nəfər isə yaxın zamanlarda Vergilər Nazirliyində müvafiq işlərlə təmin olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 sentyabr tarixli 992 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət proqramı” təsdiq edilmişdir. Dövlət proqramının əsas məqsədi ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla, bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmaların müntəzəm artımını təmin etməkdən ibarətdir. Dövlət proqramından irəli gələn vəzifələrin icrasına başlanmışdır və müvafiq tədbirlərin həyata keçirilməsi üçün hazırlıq işləri aparılır.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, ölkəmizin qüdrətlənməsi yolunda apardığınız xarici və daxili siyasətə uyğun olaraq, Vergilər Nazirliyi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün zəruri olan bütün tədbirləri həyata keçirəcək, 2005-ci ilin dövlət büdcəsində Vergilər Naziriliyi üçün müəyyən olunmuş 7 trilyon 102 milyard manat həcmində proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsi üçün əlindən gələn bütün işləri görəcəkdir.

Diqqətinizə görə çox sağ olun. X X X

Çıxış üçün söz kənd təsərrüfatı naziri İsmət Abasova verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik