VERGİLƏR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI RESPUBLİKANIN İRİ VERGİÖDƏYİCİLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Nazirliyin əməkdaşları çıxışlarında bildirmişlər ki, bu il Vergi Məcəlləsinin 50 maddəsinə 73 dəyişiklik edilmişdir. Dəyişikliklərin bir hissəsi milli valyutanın denominasiya edilməsi ilə əlaqədardır. Əlavə dəyər vergisi ilə bağlı dəyişikliklər Vergi Məcəlləsinin beş maddəsində əksini tapmışdır və bunlar vergidən yayınmaya görə qadağaları sərtləşdirmişdir.
Vergi Məcəlləsinin 11 maddəsinə vergiödəyicilərinin vergi yükünün azaldılması ilə bağlı dəyişikliklər edilmişdir. Məsələn, yanvarın 1-dən gəlir vergisinin həddi dəyişdirilmiş, mənfəət vergisinin faizi azaldılmışdır.
Əlavə və dəyişikliklərin bəziləri aksizlərlə bağlıdır ki, bu da vergi yükünü yüngülləşdirməyə imkan verəcəkdir.
Məcəlləyə iki dəyişiklik vergi borclarının məcburi ödənilməsi haqqında maddələr üzrə edilmişdir. Bu dəyişikliklər vergiödəyicilərinin yalnız borclarını ödədikdən sonra digər banklarda yeni hesab aça biləcəklərini nəzərdə tutur.
Məcəlləyə ölkənin sığorta və lizinq bazarlarının inkişafı ilə əlaqədar əhəmiyyətli dəyişikliklər də edilmişdir.
Sonra nazirliyin əməkdaşları vergiödəyicilərinin çoxsaylı suallarına cavab vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]