VERGİLƏRİ BÜDCƏDƏN YAYINDIRANLAR HAQQINDA CİNAYƏT İŞLƏRİ BAŞLANMIŞDIR
Bakı Şəhər Vergilər Departamentinin 1 nömrəli filialında qeydiyyatda olan “Adil-L” İstehsalat-Kommersiya Firmasında 11 milyard 995,5 milyon manat, “R-Sahil” MMC-də 13 milyard 662,5 milyon manat, “İntellekt-M.R.” MMC-də 283,7 milyon manat, “İmperial-M.R.” MMC-də 326,1 milyon manat, 16 saylı İnşaat İstehsalat Təsərrüfat İdarəsində 237 milyon manat, “Real İstehsalat” MMC-də 6 milyard 969,7 milyon manat, “Biqfon” MMC-də 986,6 milyon manat, “Bioton” firmasında 567,1 milyon manat, “Təchizat-T” MMC-də 1 milyard 341,1 milyon manat, “Alliqator M.R.” MMC-də 337,1 milyon manat, 2 saylı filialda qeydiyyatda olan “Həyat-L” MMC-də 1 milyard 536,9 milyon manat, “Qartal-Ş” MMC-də 183,9 milyon manat, “Fəric” MMC-də 2 milyard 554,9 milyon manat, “Avanqard-M” MMC-də 1 milyard 80,3 milyon manat, “Azon LTD” MMC-də 967,2 milyon manat, “Market” MMC-də 498 milyon manat, “Elit-FM” MMC-də 2 milyard 517,7 milyon manat, “Ameqo” MMC-də 464,1 milyon manat, “Azəri Komp. LTD” MMC-də 224.2 milyon manat, “Turqay” MMC-də 4 milyard 797,7 milyon manat, “Merkuri-S” MMC-də 281,2 milyon manat, “Limza” MMC-də 983,9 milyon manat, “Roman” firmasında 441,5 milyon manat, 4 saylı İTTQİ-də 357.1 milyon manat, “Ruslan-T” MMC-də 395,7 milyon manat, “Səma-2” firmasında 173,4 milyon manat, “Plazma” MMC-də 3 milyard 180,6 milyon manat, “MRS Co LTD” MMC-də 3 milyard 582,6 milyon manat, “Qladiator” MMC-də 8 milyard 421,5 milyon manat, “Texnika-T” MMC-də 45 milyard 16,9 milyon manat, “Kral-Servis” MMC-də 13 milyard 242,8 milyon manat, 3 saylı filialda qeydiyyatda olan “Maq” firmasında 178 milyon manat, “Ferz” MMC-də 1 milyard 146,3 milyon manat, “Xəzər-AS” MMC-də 2 milyard 659 milyon manat, “Real-A” MMC-də 7 milyard 830,5 milyon manat, “Berloni Company” MMC-də 1 milyard 88,4 milyon manat, “Renta LTD+” MMC-də 215,9 milyon manat, 2 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) qeydiyyatda olan “Lil LTD” MMC-də 1 milyard 62,2 milyon manat, Laçın Rayon Vergilər Şöbəsində qeydiyyatda olan “Qırx bulaq” MMC-də 151,3 milyon manat, yəni külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyənləşdirilmişdir. Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin (CM) 213.4-cü maddəsi ilə cinayət işləri başlanmışdır.
Bundan başqa, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti əməkdaşlarının araşdırmaları nəticəsində, 2 saylı ƏVİ-də qeydiyyatda olan “Unikal Maq” MMC-nin 4 milyard 651,2 milyon manat məbləğində vergiləri büdcəyə ödəməkdən yayındırdığı və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 11,5 milyon manat gəlir əldə etdiyi müəyyən olunmuşdur. Bakı Şəhər Vergilər Departamentinin 1 saylı filialında qeydiyyatda olan fiziki şəxs Məmmədov Fikrət Məmmədəli oğlunun isə 116,8 milyon manat məbləğində vergiləri dövlət büdcəsinə ödəmədiyi və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdarda gəlir əldə etdiyi müəyyənləşdirilmişdir. Faktlarla əlaqədar CM-nin müvafiq maddələri ilə cinayət işləri qaldırılmışdır.
Həmçinin, noyabr ayı ərzində, Bakı Şəhər Vergilər Departamentinin 2 saylı filialında qeydiyyatda olan “TT-İTB” MMC-də 116,6 milyon manat və 2 saylı ƏVİ-də qeydiyyatda olan “LT-Elektron” MMC-də 109,1 milyon manat, yəni xeyli miqdarda vergilərin büdcədən yayındırılması faktları da aşkar olunmuşdur. Hər iki faktla bağlı CM-nin 213.3-cü maddəsi ilə cinayət işləri başlanmışdır.