Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirin əlamətdar gün ərəfəsində keçirildiyini bildirib. Əli Əhmədov möhtəşəm Zəfərimizin əsas səbəbkarı olan Prezident, Ali Baş Komandanımız, YAP-ın sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək bu münasibətlə dövlətimizin başçısını təbrik edib, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Əli Əhmədov söyləyib ki, Azərbaycanın həyatında və tarixində qazanılan möhtəşəm uğurlar hər bir vətəndaşı ürəkdən sevindirir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatında baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi düşünülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.

Baş nazirin müavini qeyd edib ki, bu gün 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi zəfəri qeyd etməmək mümkün deyil. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər tariximizin ən mühüm hadisələrindən biridir. Bu Qələbə tariximizə qızıl hərflərlə yazılacaq. Məhz bunun nəticəsidir ki, indi hər bir vətəndaşımız azərbaycanlı olmasının qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb.

YAP sədrinin müavini deyib ki, böyük qələbəmizin həlledici amili Prezident, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim Qələbəmizlə nəticələndi. Bütün bunların fonunda, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Əli Əhmədov vurğulayıb ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır. Qazanılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.

Tədbirdə sonra xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, 2020-ci il 8 noyabr müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil oldu. Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu. Müstəqilliyinin ilk günlərindən ölkəmizin üzləşdiyi bu işğal və onun ağır nəticələri barədə, işğal altında olmuş ərazilərimizdə həyata keçirilən etnik təmizləmə və qanunsuz fəaliyyət haqqında uzun illər ərzində beynəlxalq müstəvidə səsimizi ucaltdıq, beynəlxalq birliyi bu işğala son qoyulması üçün qətiyyətli mövqe tutmağa çağırdıq.

Nazir deyib ki, bu illərdə bütün beynəlxalq tədbirlərdə münaqişə ilə bağlı həqiqətlər səsləndirilir, məsələnin tarixi, hüquqi, siyasi və iqtisadi aspektləri, eləcə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi davamlı şəkildə diqqətə çatdırılırdı: “Davamlı şəkildə aparılmış iş nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verib. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatına cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlanıldı və rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində noyabrın 8-dək ərazilərimizin bir hissəsi, o cümlədən 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad olundu. Beləliklə də, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüquqa uyğun olaraq mülki əhalinin müdafiəsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə həyata keçirdiyi əks-həmlə əməliyyatı uzun sürən münaqişənin həllini mümkün etdi və eyni zamanda sonrakı siyasi həll üçün zəmin yaratdı”.

Ceyhun Bayramov qeyd edib ki, hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın maraqlarına cavab verən mövqedən çıxış edib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycana qarşı hücumları pisləyən, o cümlədən Azərbaycanla həmrəyliyini ifadə edən ölkələr arasında Türkiyənin müstəsna rolunu qeyd etməklə yanaşı, Pakistan, Əfqanıstan, Bosniya və Herseqovina, Cibuti və Liviyanı xüsusilə vurğulamaq olar. Eyni yanaşma beynəlxalq təşkilatlar arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Əməkdaşlıq Şurası tərəfindən nümayiş etdirilib.

Ceyhun Bayramov söyləyib ki, 10 noyabr birgə Bəyanatı ilə bölgədə yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsi, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu: “Azərbaycan Prezidentinin sözləri ilə desək, əldə edilən razılaşma ilə bu gün və gələcək üçün yeni təhlükəsizlik və yeni əməkdaşlıq formatını təşkil etdik. Bu yeni reallıq nədən ibarətdir? İlk növbədə, Azərbaycan ərazilərinin onilliklərlə işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Məcburi köçkünlər öz yurdlarına geri dönməsi ilə uzun illərdir ki, öz evlərində yaşamaq hüququ pozulan insanların fundamental hüquqları həyata keçirilir. Bölgədəki bütün nəqliyyat yollarının açılması və iqtisadiyyatın bərpası Şimal ilə Cənub, Şərq ilə Qərb arasında iqtisadi-ticarət dövriyyəsinin artımına və ölkəmizin bu xüsusda rolunun gücləndirilməsinə imkanlar yaradacaq. Əlbəttə, burada ən vacib məqamlardan biri azərbaycanlı və erməni əhalisinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgəyaşayışının təmin edilməsidir.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün ölkəmizin vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası müvafiq hüquqi bazanı təmin edir. Bölgənin gələcək inkişafı, bərpa və yenidənqurma fəaliyyəti ilə bağlı baxışlarımız dövlətimizin başçısı tərəfindən açıq şəkildə ifadə olunub və bölgədə yeni əməkdaşlıq platformasının yaradılması ilə bağlı bəyanatlar səsləndirilib. Belə bir əməkdaşlıq və işbirliyi çərçivəsi, əlbəttə bütün bölgə ölkələri üçün faydalı ola bilər. İşbirliyi çərçivəsi bölgə dövlətlərinin iştirakı ilə çoxtərəfli əməkdaşlıq platformalarını təşkil edə bilər. Dövlətimizin başçısının 10 dekabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat brifinqində təqdim etdiyi bölgənin gələcək inkişafı modeli Qələbədən sonrakı yeni dövr üçün baxışları aydın şəkildə əks etdirdi: ənənəvi mövcud olan Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi, eyni zamanda Azərbaycan-Rusiya-İran, eləcə də Türkiyə-Rusiya-İran işbirliyi çərçivələri mövcuddur. Bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə sağlam düşüncə ilə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Bununla da, gələcəkdə bölgədə müharibə riski sıfıra endirilə bilər”.

Xarici işlər naziri diqqətə çatdırıb ki, bu gün biz artıq konkret layihələrin, o cümlədən multimodal tranzit layihələri və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlamışıq: “İşğaldan azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılacaq. Prezidentin ehtiyat fondundan ayrılmış müvafiq vəsait hesabına Füzuli-Şuşa avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolunun tikintisinə artıq başlanıb. İnanırıq ki, bütün bu və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək. Bərpa və yenidənqurma işlərində, eləcə də öz evlərinə geri qayıdan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi məsələlərində ölkəmiz bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan bütün aidiyyəti təşkilatlar, o cümlədən BMT-nin müvafiq qurumları, habelə ayrı-ayrı dövlətlərlə işləməyə hazırdır. Biz yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə qarşılıqlı şəkildə tam əməl etməklə dinc, təhlükəsiz və firavan gələcəyə nail ola bilərik.

Yekunda vurğulamaq istərdim ki, bundan sonra da səylərimiz ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb olunması, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin gücləndirilməsinə yönələcək. Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və uğurlu siyasəti əsasında ölkəmizin davamlı inkişafı və regional, eləcə də qlobal rolunun möhkəmləndirilməsi istiqamətində səylərimiz davam etdiriləcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışında bildirib ki, zaman göstərdi ki, yalnız Heydər Əliyev siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündür. Prezident İlham Əliyev məhz bu siyasətə sadiqlik nümayiş etdirərək problemin həllinə nail oldu. Bu qələbə ilə Prezident İlham Əliyev böyük sərkərdə kimi adını tarixə yazdırdı.

Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixindən və problemin başladığı ilk illərdəki proseslərdən danışan Əli Hüseynli xatırladıb ki, həmin dövrdə respublikamızda qeyri-sabitlik hökm sürürdü. Xüsusilə AXC-Müsavat cütlüyü hakimiyyətə qanunsuz gəldikdən sonra ilk günlərdə strateji əhəmiyyətə malik olan Laçın rayonu işğal edildi. Bununla da işğalçı Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin işğal edilməsi ilə bu coğrafi bağlılıq daha da genişləndi. Həmin ilin yay aylarında ölkədə siyasi böhranın dərinləşməsi torpaqlarımızın işğalının genişlənməsinə zəmin yaratdı. Belə olan halda, Azərbaycan xalqının çağırışı ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Qısa müddətdə respublikada sabitlik yaradıldı. 1993-cü ilin noyabrında ulu öndər Heydər Əliyevin xalqa müraciəti ilə insanlar silaha sarılaraq erməni işğalının qarşısını almaq üçün mübarizəyə başladı. Bunun nəticəsində, işğal altında olan torpaqlarımızın bir hissəsi azad edildi. 1994-cü ildə atəşkəsin imzalanması ilə ölkəmizin inkişafında, eləcə də ordu quruculuğunda əsaslı mərhələ başladı.

Birinci vitse-spikerin sözlərinə görə, bu müddətdə Ulu Öndərimiz diplomatik müstəvidə fəal siyasət həyata keçirdi. Bunun nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlər qəbul etdi. Bu proses Prezident İlham Əliyevin fəaliyyəti dövründə daha da geniş miqyas aldı. Təbii ki, həmin sənədlər torpaqlarımızın hərbi yolla azad edilməsi üçün hüquqi baza yaratdı.

Əli Hüseynlinin fikrincə, bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsinə bərabər hadisədir. Yeni mərhələdə regionda yeni əməkdaşlıq üçün geniş imkanların açıldığını deyən birinci vitse-spiker qeyd edib ki, Ermənistan bu tarixi şansdan istifadə etməlidir. Təhdidlərə gəlincə, Əli Hüseynli söyləyib ki, Azərbaycanın qələbəsindən daha çox Qərbdəki erməni lobbisi, ermənipərəst dairələr narahatdır. Amma regiondakı yeni əməkdaşlıq platforması heç bir halda Qərblə, Avropa ölkələri ilə əlaqələrə problem yaratmayacaq. Onun fikrincə, heç bir qüvvə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə mane ola bilməz.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov isə çıxışında işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı ilə bağlı fikirlərini bildirib. O, Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlayıb, bu istiqamətdə infrastruktur, institusional və elm-təhsil istiqamətləri üzrə təkliflər səsləndirib.

Rektor Prezident tərəfindən müəyyənləşdirilən iqtisadi inkişaf modelinin formalaşdığını və işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın həmin modelin baza prinsiplərinə əsaslanaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyasının yaradıldığını, hazırda həmin ərazilərdə bərpa işlərinə başlanıldığını bildirib.

Ölkə iqtisadiyyatında investisiya yatırımına ehtiyacı olan region və sahələrin olduğunu deyən rektor Qarabağ iqtisadiyyatının bu baxımdan Azərbaycanın gələcək dayanıqlı və davamlı inkişafı üçün əlverişli və əvəzolunmaz şans olduğunu deyib. Professor Ə.Muradov “Rəqəmsal Qarabağ” Dövlət Proqramının hazırlanmasının, Qarabağda müasir tələblərə cavab verən yeni ali təhsil müəssisələrinin yaradılmasının, eləcə də Qarabağın simvolu olan Şuşa şəhərində “Smart city” (“Ağıllı şəhər”) modelinin qurulmasının faydalı olacağını vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə postmünaqişə quruculuğu strategiyası həyata keçirilir. Bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək. Onun sözlərinə görə, dövlətimizin başçısının bəyan etdiyi kimi, yeni əməkdaşlıq platforması region ölkələrinin xalqları üçün böyük fayda gətirəcək. V.Qasımlı regionda həyata keçirilən layihələrlə yanaşı münaqişədən sonra yeni layihələrin də gerçəkləşməsinin əhəmiyyətini vurğulayıb və bunu slaydlarla təqdim edib. İcraçı direktor gələcəkdə həyata keçirilə bilən nəqliyyat və enerji layihələrinin önəmini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan asılıdır.

V.Qasımlı diqqətə çatdırıb ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər nəticəsində ölkəmizin kənd təsərrüfatında 10,4 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, emal sənayesində 4,3 faiz, turizmdə 5,5 faiz artım gözlənilir. Bütövlükdə isə, bu amil ÜDM-də 3 faiz, qeyri-neft sektorunda 5,1 faiz artımla müşahidə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir