Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vətən müharibəsindəki Qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda videokonfrans keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki Qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda videokonfrans keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda komitənin sədri Mübariz Qurbanlı və Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli çıxış ediblər.

Mübariz Qurbanlı bildirib ki, ulu öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib. Qazanılan bu Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən komitə sədri tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. Qeyd edib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən, 44 günlük müharibədə qazandığımız qələbənin əsasında Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz edib, din xadimləri şücaətli Ordumuzun qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçiriblər.

Müharibədə qazanılmış Zəfərin həm də erməni faşizmi üzərində qələbə olduğunu vurğulayan DQİDK sədri bildirib ki, Prezident İlham Əliyev Hacıqabul rayonuna dünənki səfəri zamanı çıxışında qeyd etdiyi kimi, erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik.

Mübariz Qurbanlı erməni faşizminin tarixi abidələrə qarşı münasibətdə də özünü qabarıq şəkildə göstərdiyini diqqətə çatdıraraq Azərbaycanın bu qələbə ilə erməni xalqının özünü də faşist ideologiyasından xilas etdiyini deyib, eyni zamanda, zəfərin bölgədə sülhün təminatı baxımından əhəmiyyəti barədə danışıb.

Milli-mənəvi dəyərlərin təbliğinin daha da genişləndirilməsinin önəminə toxunan M.Qurbanlı vurğulayıb ki, xalqımıza məxsus dini, mənəvi, tarixi dəyərlər müxtəlif qurumlar tərəfindən öyrənilir, tədqiq və təbliğ olunur. Lakin bu istiqamətdə ümumi işləri həyata keçirən qurumun yaradılmasına da ehtiyac var idi. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində atılan önəmli addımdır.

Komitə sədri çıxışının sonunda bir daha şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli DQİDK ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahədə Dövlət Komitəsi ilə koordinasiyalı və sıx əlaqələr qarşıya qoyulan məqsədlərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edir. O bildirib ki, bu gün bütün dünyada yaşayan ermənilər Vətən müharibəsindəki şanlı Qələbəmizin adını dəyişdirməyə, Zəfərimizə kölgə salmağa, beynəlxalq aləmdə ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edərək ideoloji müharibə aparmağa çalışırlar. Bütün bu cəhdlərə qarşı dilindən, dinindən, etnik mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, hər bir vətəndaş eyni ilə Vətən müharibəsi dövründə olduğu kimi sıx birləşərək mübarizə aparmalıdır. Qələbəmizin müəllifi, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəfər paradındakı çıxışında da bütün dünya ictimaiyyətinə Azərbaycanın haqq sözünü, qəti mövqeyini çatdırdı.

F. İbrahimli, həmçinin qeyd edib ki, müasir tariximizə nəzər saldıqda son 200 ildə dəfələrlə soyqırımlara, repressiyalara, etnik təmizləmələrə məruz qaldığımızı, əzəli torpaqlarımızı itirdiyimizi görürük. Lakin bütün bunlara baxmayaraq, müdrik xalqımız həmişə dövlətçiliyimizi, milli birliyimizi, milli ruhumuzu, vətənpərvərlik hisslərimizi qoruyub saxlamağı bacarıb. Bu amillər sonda bizi ali məqsədimiz olan şanlı Qələbəmizə gətirib çıxarıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxışında bildirib ki, Vətən müharibəsindəki qələbəmizdə Prezident İlham Əliyevin uzaqgörən, nadir hərbi-siyasi gedişləri, rəşadətli Azərbaycan Ordusunun hünəri, xalqımızın milli və ideoloji birliyi həlledici rol oynayıb. Qırx dörd gün davam edən savaşda bütün dini konfessiyalara məxsus dini qurumların milli və dini birlik nümayiş etdirərək humanitar yardımlara qoşulduğunu vurğulayan Fuad Nurullayev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün digər dini icmaların QMİ ilə birlikdə müstəsna xidmətlər göstərdiklərini, xarici dillərdə filmlər, videoçarxlar, mətnlər hazırlayaraq yaydıqlarını bildirib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov vurğulayıb ki, Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması və dəstəkləməsi uzun illərdir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsi idi. Vətən müharibəsi zamanı ən böyük üstünlüyümüz milli-mənəvi dəyərlərimizə sıx bağlılığımız idi. Həmin dövrdə dəyərlərimizə olan sevgi, Vətən yolunda fədakarlıq bizim üçün ən güclü silaha çevrildi, düşməndə vahimə yaratdı və tez bir zamanda məğlubiyyəti qəbul etməsinə səbəb oldu. Deputat çıxışında düşmənin işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı və bizim üçün dəyər sayılan bütün abidələri yerlə yeksan etdiyini qeyd edərək bu vandallığın böyük bir xalqın mədəniyyət tarixinə vurulan ağır bir zərbə kimi xarakterizə edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qısa müddətdə bütün ibadət ocaqlarını təmir və bərpa edəcəyini və artıq bu prosesin başladığını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, milli-mənəvi dəyərlər bir millətin dinini, dilini, ədəbiyyatını, tarixi şəxsiyyətlərini əhatə edir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin birlik içərisində yaşadıqlarını vurğulayan rektor buna bariz nümunə kimi Vətən müharibəsi zamanı müxtəlif dinlərə, etnik kimliyə mənsub olan gənclərimizin Vətən uğrunda mübarizəyə qalxmalarını, əsas amallarının vətənpərvərlik olmasını göstərib. Bildirib ki, bu birlik və bərabərlik mütləq qələbəmizin təməlini qoydu. Rektor diqqətə çatdırıb ki, Prezident İlham Əliyev qeyd etdiyi kimi, Vətən müharibəsi bütün dünyaya gücümüzü göstərdi, savaşdakı əməliyyatlarımız dünyanın aparıcı hərbi məktəblərində öyrənilməyə başlandı.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dünyaya Azərbaycan xalqının taleyüklü məsələlərdə sıx şəkildə birləşməyi bacardığını sübut etdi. Müharibə dövründə siyasi əqidəsindən, dini baxışlarından, etnik mənsubiyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar bir məqsəd ətrafında birləşdi və Ali Baş Komandanın tapşırığı ilə silaha sarılaraq dəmir yumruğa çevrildi. Ermənilərin torpaqlarımızı işğal altında saxlamaqla kifayətlənmədiyini qeyd edən deputat, düşmənin tarixi dini abidələrimizə qarşı soyqırımı həyata keçirdiyini, yalnız İslam abidələrini deyil, qədim Alban irsinə aid məbədləri də dağıtdığını, saxtalaşdırmağa, özününküləşdirməyə çalışdığını vurğulayıb.

Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev qeyd edib ki, şəhidlərin canı-qanı bahasına başa gələn bu Zəfər bizi bütün dünya xalqları qarşısında başı uca etdi. Vətən müharibəsi dövründə icma üzvlərinin fəaliyyətinə diqqət çəkən M.Yevdayev din xadimlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərini xatırladıb. Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələrindən dəhşətə gəldiyini dilə gətirib.

Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Mefodiy Elnur Əfəndiyev bildirib ki, işğal dövründə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, səbirli və sülhsevən xalqdır. Səbir kasası daşan xalqımız və Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri öz Ali Baş Komandanının ətrafında sıx birləşərək ümumi evimiz - doğma Azərbaycanın müdafiəsinə qalxdılar. Vurğulanıb ki, Vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımına, əsrlərlə insanlığa yaraşmayan rəftara, təcavüzkarların vəhşi hərəkətlərinə, məscidlərin, kilsə və müqəddəs yerlərin xarabalıqlara çevirilməsinə baxmayaraq, Azərbaycan əsgəri düşmənin qoyub qaçdığı erməni qocalarına, uşaqlarına qayğı göstərdi. E.Əfəndiyev bunu Azərbaycan əsgərinin yüksək milli-mənəvi dəyərlərə malik olmasının göstəricisi olduğunu deyib. Düşmənin bu müharibəyə dini motiv verməyə çalışdığını diqqətə çatdıran natiq savaşın bütün dünyaya cəmiyyətimizin multikultural baza prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb.

Alban-udi xristian dini icmasının sədri Robert Mobili isə çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı tarixi-dini irsin məhv edilməsi mənzərəsi insanı dəhşətə gətirir. Alban Apostol kilsəsinin, onun irsinin ermənilər tərəfindən özününküləşdirilməsi faktları barədə də danışan R.Mobili etnik saxtakarlığa əl atan düşmənin kilsələrin memarlıq quruluşunu dəyişdirdiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkəni ayaqda tutan, gücləndirən sütunlar içərisində milli-mənəvi dəyərlərimizin də özünəməxsus rolu olduğunu deyib. Xalq olaraq dəyərlərimizin sərhədinin geniş olduğunu qeyd edən natiq bildirib ki, bu şanlı qələbəmiz həm də tolerantlığın, milli-mənəvi dəyərlərimizin zəfəridir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə azan səsi kilsə zənginin sədaları ilə birgə səslənir.

Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Vətən müharibəsi həm də dəyərlərin savaşı idi. O, müharibənin bir tərəfində ləyaqətli, mərd, açıq siyasət yürüdən, Ordusunda 10-dan artıq xalqın nümayəndəsinin mübarizə apardığı, mülki əhaliyə bir güllə belə atmayan, qayğı ilə yanaşan Azərbaycanın digər tərəfdə isə təfriqəçi, suyu bulandırmağa çalışan, 10 min fərarisi olan, əli dinc əhalinin qanına batan Ermənistanın dayandığını söyləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin özünün də xalqımız üçün dəyərə çevrildiyini və qələbə rəmzi olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb