Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş karate üzrə Bakı birinciliyi və çempionatı keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Azərbaycan Karate Təşkilatı birgə (AKT) Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş Bakı birinciliyi və çempionatı keçirib.
AMKF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kata və kumite üzrə fərdi yarışlar 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında keçirilib.
Karate ilə yeni məşğul olanlar və daha təcrübəli idmançılar arasında keçirilən yarışda 20-dan artıq klubu təmsil edən 200-dək oğlan və qız iştirak edib.
Mükafatalayiq yerlər tutan idmançılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AMKF və AKT-nin müvafiq diplom və medalları təqdim edilib.