Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşların elektron sistem vasitəsilə kirayə mənzil seçimi başlayıb

Vətəndaşların elektron sistem vasitəsilə kirayə mənzil seçimi başlayıb

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mənzil mexanizmi üzrə sənədlərini təqdim edərək fond tərəfindən razılıq qərarı əldə etmiş vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi başlayıb.

İKZF-dan AZƏRTAC-a bildirilib ki, fondun razılıq barədə qərarını əldə edən 77 vətəndaşdan 25-i onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun mənzil seçimi edib. Yaşayış sahələrinin seçilməsi qaydası ilə “Elektron ipoteka və kredit zəmanət” sistemində (EİKZS) yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür.

Qaydalara əsasən, vətəndaş 3 iş günü müddətində elektron sistemdə kirayə üçün yaşayış sahəsini seçməlidir. Vətəndaş yaşayış sahələrinin siyahısından mənzil seçimi etdikdə digər şəxslərin həmin mənzili seçmə imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Yaşayış sahəsinin seçilməsi barədə ərizəçinin elektron kabinetinə göndərilən bildirişdə kirayə müqaviləsinin bağlanması müddəti və müqavilənin rəsmiləşdirilməsinin aparılacağı yer barədə məlumat əks olunur. Mənzil seçimi edən vətəndaşla fond arasında kirayə müqaviləsi bağlanılır. Kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində vətəndaş aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini fonda ödəməlidir. Bununla kirayə müqaviləsi qüvvəyə minir və ərizəçi kirayəçi statusu qazanır. Bundan sonra kirayə müqaviləsində nəzərdə tutulan müddət ərzində yaşayış sahəsi kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verir. Ümumilikdə, kirayə mənzil üçün müraciətin qəbulu və baxılmasından kirayə müqaviləsinin rəsmiləşdirilməsinədək olan prosesin müddəti maksimum 15 iş günü təşkil edir. Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Məlumata əsasən, bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar

8117

Müraciət formalaşdıranlar

7312

Müraciət göndərənlər

5657

Sənəd təqdim edənlər

221

Razılıq qərarı alanlar

77

Mənzil seçimi edənlər

25

Mənzillərin qiymətlərinə gəlincə, fond tərəfindən kirayə təklif olunan mənzillər orta bazar qiymətlərindən daha aşağı qiymətlərlə alınıb. Fondun aldığı mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1300 manata yaxın məbləğdir. Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir.

Məlumdur ki, yeni tikililərdəki mənzillərin satışı və satış qiymətinin formalaşması xarici divar ölçüləri (brutto) əsasında həyata keçirilir. Lakin fond tərəfindən təklif olunan kirayə mənzillərin elektron sistemdə qeyd olunan sahəsi, onların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında qeyd olunan ölçüləri, yəni iç divardan ölçmə üsulu (netto) ilə müəyyən edilən ölçüləridir. Eyni zamanda, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində kirayəçinin ödədiyi aylıq ödənişin məbləği müəyyən xərclər əsasında formalaşır. Bunlar yaşayış sahəsini fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclərdən, İKZF-in bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, yaşayış sahəsini fondun sığortalaması ilə bağlı xərclərdən, yaşayış sahəsini İpoteka və Kredit Zəmanət Fondunun saxlaması və idarə etməsi ilə bağlı xərclərdən, ehtiyatlar üzrə ayırmalardan ibarətdir. Hazırda fondun daxili bazarlardan təmin edilmiş istiqrazların və ipoteka istiqrazlarının emissiyası vasitəsilə cəlbetmə faizi illik 3 faiz təşkil edir. Bundan başqa, qaydaya əsasən, yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır. Bununla bağlı fond tərəfindən əmlakın bazar dəyərinə uyğun olaraq könüllü sığortası, icbari sığortası, eləcə də mənzil üzrə mülki məsuliyyətin icbari sığortası həyata keçirilir. Kirayəçinin ödədiyi aylıq ödənişlərin hesablanması zamanı fond tərəfindən yalnız yuxarıda qeyd olunan faktiki xərclər nəzərə alınıb və ümumiyyətlə, bu mexanizmin tətbiqində Fondun gəlir əldə etməsi nəzərdə tutulmur. İKZF tərəfindən mənzillərin uzun müddətə (25 il) ödəmə imkanı ilə satmaq öhdəliyi ilə kirayəyə verildiyini nəzərə alsaq, bu müddət ərzində hər hansı makroiqtisadi göstəricilərin dəyişməsi, mənzil bazarında və kirayə bazarında qiymət dəyişiklikləri, habelə fondun müqavilə bağlanma anına üzərinə götürdüyü xərclərin artması kirayəçi üçün müəyyən edilən aylıq ödənişin dəyişməsinə səbəb olmur və bu müddət ərzində kirayəçi İKZF-a sabit məbləğdə aylıq ödənişlər edir. Kirayəçi müqavilənin bağlanmasından 3 il sonra tam ödəniş etmək istədikdə qalıq dövr üzrə xərclər kirayəçiyə güzəşt edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur