Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətənin “fantom ağrısı”

Bakı, 16 iyul (AZƏRTAC). 1992-ci ildə ABŞ dövlət katibinin müavini başda olmaqla Dövlət Departamentinin nümayəndə heyəti Bakıya səfər etmişdi. Redaksiyanın tapşırığı ilə mən bu səfəri işıqlandırmalı idim. Prezident aparatında və digər dövlət qurumlarında danışıqların lap əvvəlindən məlum oldu ki, bu nüfuzlu nümayəndə heyətinin ölkəmizə gəlişinin əsas məqsədi gələcək səfirlik üçün bina seçməkdir. Okeanın o tayından gəlmiş qonaqlara bir neçə bina, o cümlədən Şeyx Şamil küçəsində keçmiş Dövlət Ekologiya Komitəsinin binasını göstərdilər. Nümayəndə heyətinin üzvləri gördükləri binaların çoxundan imtina etdilər və bunun səbəbini heç cür izah etmədilər, lakin binaların birindən imtina edilməsinin səbəbini nümayəndə heyətinin rəhbəri ucadan bildirdi. O vaxt həmin səbəb məni öz səmimiyyəti ilə, ümumbəşəri dəyərlərə sadiqliyi ilə çox mütəəssir etmişdi. Həmin illərdə bizləri, SSRİ vətəndaşlarını Amerikaya aid olan hər şeyə düşmən ruhunda olmasa da elə tərbiyə edirdilər ki, Amerikaya aid olan bir şeyi çox xoşlamaq və ya onların həyat tərzini tərifləmək heç də təhlükəsiz deyildi.

Amerikalılar keçmiş Pionerlər Sarayının - indi Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılıq Sarayının binasına baxdıqdan sonra bu binanın gözəlliyindən, onun memarlığından, rahat və yaşıl həyətindən, yerləşdiyi məkandan çox məmnun olduqlarını gizlətmədilər. Düşünmək olardı ki, artıq məsələ həll edilmişdir, indicə razılıq əldə ediləcək və soyuq müharibədən qalib çıxmış ölkənin ulduzlu-zolaqlı bayrağı tezliklə burada ucalacaqdır. Lakin elə bu məqamda nümayəndə heyətinin başçısı həmin binanın hazırda kimə məxsus olması ilə maraqlandı. Cavabı eşidəndən sonra amerikalı qonaq nümayəndə heyətinin üzvlərinə dedi ki, onlar gedirlər. Mən onların nəyə görə bu cür kəskin şəkildə getməsinin səbəbi ilə maraqlandım. Nümayəndə heyətinin başçısı çox qısa cavab verdi: “Amerikalılar uşaqların evlərini onların əlindən almırlar”.

Elə sözlər vardır ki, onlar insanın beynində ömürlük həkk olur. Valideynlərin, müəllimlərin ilk sözləri bu qəbildəndir. Mən özüm haqqında deyə bilmərəm ki, lap əvvəldən Amerikaya aid hər şeyin əleyhinə olmuşam. ABŞ vətəndaşları üçün adi olan bəzi şeylər bəzən bizim üçün anlaşılmaz olur. Vudstok festivalının konsertlərinin lent yazılarını, məşhur rejissorların videofilmlərinin pirat surətlərini, Kommunist Partiyasına rəğbət bəsləməyən Amerika yazıçılarının əsərlərini çətinliklə əldə edirdik. Lakin siyasət sahəsində insanları neqativ fikirlər dalğasına bürüyürdülər. Əlbəttə, sovet adamının şüuraltı duyğularında elə təsəvvür kök salmışdı ki, amerikalılar tamam başqa adamlardır, onların həyatının mənası Koka-kola içməkdən və pul qazanmaqdan ibarətdir.

“Amerikalılar uşaqların evlərini onların əlindən almırlar” - bu cümlə mənim qəlbimə və beynimə ABŞ haqqında ən pozitiv informasiya kimi həkk olundu. 1992-ci ildə Qarabağ od içində idi. Səmimi deyirəm, o vaxt bu cümləni eşidəndə mənim qəlbimdə belə bir ümid yarandı ki, bu ifadə dünyadakı bütün uşaqlara aiddir - Qarabağ uşaqlarına da, Afrika, Pakistan, Braziliya körpələrinə də...

Dünya təcrübəsində hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş uşaqların faciəsini səciyyələndirən terminlər çoxdur. Fotoqrafların çoxu məhz bu müharibələr nəticəsində hamıdan çox zərər çəkmiş və zərər çəkən uşaqların üzlərinin ifadəsini canlandırırlar. Müharibə mövzusunda çoxsaylı əsərlərin müəllifi, tanınmış Belarus yazıçısı Svetlana Aleksiyeviç özünün “Müharibə uşaqları” adlı kitabında yazır: “Müharibənin neçə uşağı öldürdüyünü, onları iki dəfə öldürdüyünü kim hesablayar? O, artıq doğulmuş uşaqlarla yanaşı doğula biləcək, bu dünyaya gəlməli olan uşaqları da məhv edir. Gözləri tutulmuş amansız müharibə ilk baxışda bir araya sığmayan anlayışları birləşdirir: uşaqlar və qan, uşaqlar və ölüm”.

Bu sözlərə nə isə əlavə etməyə ehtiyac varmı? Bir şeyi deyə bilərəm - bu sözləri müasir müharibələrin hər biri haqqında informasiyada yazmaq olar.

Artıq 20 ildən çoxdur ki, Ermənistan-Azərbaycan müharibəsi davam edir. Bu müharibəni nədənsə münaqişə adlandırırıq, elə bil onlarla mübahisəmiz Dünya Ticarət Təşkilatına daxil olmaq barədədir. Lakin bunu münaqişə də adlandırsaq, o, dünyada ən qəddar münaqişədir. Azərbaycanın Xocalı şəhərində bircə gündə 63 uşaq, necə yazımsa, özüm də bilmirəm - öldürülmüşdür, məhv edilmişdir, döyülüb öldürülmüşdür. Bu sözlərə fikir verin: 63 uşaq öldürülmüşdür. “Uşaqlar öldürülmüşdür” ifadəsini əvəz edə biləcək başqa bir söz tapmağa çalışın. Söz birləşməsinin mahiyyətinə varın - uşaqları öldürmüşlər. Bu ifadəni əvəz edə biləcək başqa söz yoxdur, bəşəriyyət uşaqların öldürülməsinə heç vaxt bəraət qazandıra bilməyəcək.

Mənim mühakimələrim bəlkə də sadəlövhlük kimi görünə bilər. Düşünürəm ki, dünyanın taleyini həll edən bəzi dövlətlərin başçıları bir anlığa geosiyasətdən əl çəksinlər və öz doğma yurdlarına qayıtmaq, yenidən dağlara qalxaraq şaqraq səsləri ilə bülbülün cəhcəhini xatırladan mahnılar oxumaq istəyən uşaqların aqibəti barədə düşünsünlər.

ABŞ-dan fərqli olaraq, SSRİ-də psixologiya o qədər də geniş miqyasda öyrənilmirdi. Bu gün isə populyar nəşrlərin hər biri psixoloqun məsləhətlərinə ehtiyac duyur. İndi başa düşürsən ki, bircə anda öz evlərini və torpaqlarını itirmiş uşaqların gələcək həyatı necə çətin, hətta deyərdim ki, qəddar olacaqdır. İndi onların valideynləri bu uşaqlara doğma yurdun dağları, bulaqları, əcdadlarının dəfn edildiyi qəbiristanlıqlar barədə danışırlar. Bu uşaqların qəlbində vətənlə bağlı “fantom ağrısı” yaranmışdır. Əgər onlar doğma yurdlarına qayıtmasalar, bu ağrı heç vaxt onları tərk etməyəcəkdir. Bu yaxınlarda belə uşaqların biri ilə söhbət edirdim. Bu uşaq mənə elə şeylər danışdı ki, əvvəllər tez-tez Qarabağda olduğuma baxmayaraq gördüm ki, bu uşaq həmin yerləri məndən yaxşı tanıyır. Bu, genlərin təsiridir. Neçə əsrlik tarixə malik genlərin.

“Amerikalılar uşaqların evlərini onların əlindən almırlar”. Bəlkə artıq: “Amerikalılar, ruslar, fransızlar uşaqları öz evlərinə qaytarırlar!” deməyin vaxtı çatmışdır.

Bu məqaləni yazıb tamamlayanda faciəli bir xəbər eşitdim. Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli kəndində dəhşətli faciə baş vermişdi.

Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı adlı azərbaycanlı qızcığaz həlak olmuş, onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır yaralanmışdır.

Ermənilər içərisinə partladıcı qurğu qoyulmuş oyuncaq it fiqurunu Əlibəyli kəndinin ərazisindən keçən Tovuz çayının axını istiqamətində buraxmışlar. Həmin gün çayın qırağında oynayan Aygün Şahmalıyeva və Cəfərov Elsevər Həsən oğlu bu oyuncağı götürüb Həsən Cəfərovun evinə aparmışlar.

Oyun zamanı A.Şahmalıyeva oyuncağı stola vurmuş və elə həmin anda partlayış baş vermişdir...

Vaxtilə Rabindranat Taqor demişdir: “Yeni doğulmuş hər bir uşaq ondan xəbər verir ki, Tanrı hələ insanlardan ümidini üzməmişdir”.

Mən uşaq oyuncağının içərisinə bomba qoymuş “adamların” hansı Tanrıya qulluq etdiklərini bilmirəm, lakin bir şey göz qabağındadır: yer üzündə hələ də elə adamlar var ki, onlar uşaqların ölümünə sevinirlər.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-da elmi karyeraya dəstək məqsədilə ödənişsiz məşğələlər təşkil edilir

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir

İğdırda Zəfər sevinci – YENİLƏNİB

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO