“VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM” ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ ÖLKƏ ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, hər il hərbi xidmətə çağırış gözləyən gənclər arasında “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə respublika çempionatı keçirilir.
Məqsəd gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, hərbi xidmətdən əvvəl gələcək əsgərlərə bir sıra döyüş silahları barədə məlumat vermək və onlara istifadə qaydalarını öyrətməkdir.
Mingəçevir şəhər stadionunda “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə ölkə çempionatının final mərhələsi keçirilmişdir. Yarışın mükafatları uğrunda respublikamızın 16 şəhər və rayonundan 150-yə yaxın gənc mübarizə aparmışdır.
Turnir iştirakçıları 3 kilometr məsafəyə kross qaçış, qumbaraatma, turnikdə dartınma, 100 metr məsafəyə qaçış, silah söküb-yığma və atəşaçma növləri üzrə bacarıqlarını nümayiş etdirmişlər. Yarışda Mingəçevir komandası birinci, Sumqayıt gəncləri ikinci, Naxçıvan idmançıları isə üçüncü yerə çıxmışlar.
Xatırladaq ki, çempionatın final oyunlarından əvvəl ölkəmizin şəhər və rayonlarında səkkiz zona üzrə yarışlar keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]