VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA POEZİYA BAYRAMI
Gəncə Şəhər İcra Hakimiyyəti Yazıçılar Birliyinin Gəncəbasar şöbəsi ilə birlikdə vətənpərvərlik mövzusunda poeziya bayramı keçirmişdir. Gəncənin tarixinə qəhrəmanlıq simvolu kimi daxil olmuş Cavad xanın məzarı yanında keçirilən tədbirdə müstəqilliyimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra bölgənin tanınmış yazıçı və şairləri çıxış edərək, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda əsərlərindən nümunələr oxumuşlar. Hərbi geyimli məktəblilər müstəqil respublikamızın üçrəngli bayrağı ilə şəhərin mərkəzi meydanına yollanaraq, Heydər Əliyevin portreti önünə tər çiçək dəstələri qoymuş, onun ruhu qarşısında baş əymişlər.