Vicay Mallya: “Force India” əvvəlki uğurunu Bakıda bərpa etmək niyyətindədir
Bakı, 25 aprel, AZƏRTAC
Formula 1-də “Force India” komandasının sahibi, hindistanlı biznesmen Vicay Mallya qarşıdakı Azərbaycan Qran-Prisi barədə danışıb.
AZƏRTAC-ın məlumatına görə, Vicay Mallya deyib: “Bakıda keçiriləcək Formula 1 mərhələsi bizim üçün mühüm həftəsonu olacaq, çünki biz əvvəlki uğurumuzu burada bərpa etmək niyyətindəyik. 2018-ci il mövsümünün ilk mərhələləri gözlədiyimiz nəticələri vermədi, vəziyyət xeyrimizə olmadı. Pilotlar Bəhreyn və Çində birinci dövrədə toqquşmaya düşdülər, bu da onlara öz potensiallarını göstərməkdə mane oldu. Pelotonun ortasında möhkəm mübarizə gedir və əgər yürüşün əvvəlində probleminiz varsa, uduzduqlarını qaytarmaq çox çətindir. Lakin biz ilk yürüşdən başlayaraq, irəliləyiş nümayiş etdirdik və son iki mərhələdə final təsnifatına çıxdıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]