VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləş-mob təşkil olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 27-29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 22-də Dənizkənarı Milli Parkda Forumun təşkilati işlərində fəal iştirak edəcək 1500-dən çox könüllünün qatıldığı fləş-mob təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, həmçinin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq edərək bu mesajları geniş auditoriyaya çatdırmaqdır.
Yüksək enerji və komanda ruhu ilə seçilən fləş-mob gənclərin ortaq dəyərlər ətrafında birləşməsini nümayiş etdirməklə yanaşı, Forumun ideya və məqsədlərinə də diqqət çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [21:33]
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- 29.10.2026 [20:21]
Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb
- 29.10.2026 [18:39]