VİKTOR ANDRİYANOV VƏ HÜSEYNBALA MİRƏLƏMOVUN “HEYDƏR ƏLİYEV” KİTABI İNGİLİS DİLİNDƏ
Xatırladaq ki, “Görkəmli adamların həyatı” seriyasından olan bu kitab ilin əvvəlində Moskvada - “Molodaya Qvardiya” nəşriyyatında rus dilində buraxılmış və geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdı. Burada ümummilli liderimizin həyat və fəaliyyəti geniş işıqlandırılmış, böyük şəxsiyyətin ömür yolunun oxuculara məlum olmayan bəzi məqamları öz əksini tapmışdır. Həmin dövrdə ölkənin mədəniyyət və təhsil ocaqlarında, əmək kollektivlərində yaddaqalan təqdimat mərasimləri keçirilmişdi.
Müdrik dövlət xadiminin dünya siyasətinə, sovet dönəmini və müstəqil Azərbaycanın təşəkkülü dövrünü əhatə edən siyasətə töhfəsindən geniş söz açan kitab, həm də oxuculara qeyri-adi insan, postsovet dövrünün ən parlaq liderlərindən biri olmuş Heydər Əliyevi daha yaxşı tanımağa kömək edir.
Yeni nəşr ölkəmizə maraq göstərən ingilisdilli oxucular üçün müstəqil Azərbaycanın memarı və qurucusu olan ulu öndər haqqında dəyərli mənbə olacaqdır.
Yüksək poliqrafik səviyyədə çap olunmuş və fotoşəkillərlə zəngin kitabın redaktoru Kifayət Yarməmmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]