VLADİMİR PUTİN ALLAHŞÜKÜR PAŞAZADƏNİN TƏBRİKİNİ II ALEKSİYƏ YETİRMİŞDİR
Görüşdə Prezident Azərbaycana yenicə başa çatan işgüzar səfərindən danışmış və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin ən səmimi sözlərini və xoş arzularını Rus Pravoslav Kilsəsinin başçısına yetirmişdir.
Vladimir Putin II Aleksinin din liderlərinin Moskvada forumunu keçirmək təşəbbüsünü yüksək qiymətləndirərək, onu lap vaxtında irəli sürülən təşəbbüs adlandırmışdır. O demişdir: “Hazırda biz karikatura qalmaqalı ilə əlaqədar İslam ölkələrində nələr baş verdiyini görür və ümid edirik ki, bu forum dünya dinləri arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına əlavə töhfə verəcəkdir”.
II Aleksi təbriklərə görə təşəkkürünü bildirərək, foruma hazırlığın gedişindən danışmış və demişdir ki, dini sammitin hazırlanması ilə bağlı məsələləri bu yaxınlarda Roma Papasının nümayəndəsi kardinal Roje Eçegeray ilə görüşdə də müzakirə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]