Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirib
Bakı, 8 dekabr, AZƏRTAC
Vladimir Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə razılıq verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları deyib.
Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. O, beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür və seçkilərdə qalib gəlsə, daha altı il - 2030-cu ilədək dövlət başçısı postunu tutacaq.
Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]