VLADİQAFQAZDA RUSİYANIN BİRİNCİ TELEKANALININ ƏMƏKDAŞLARI DÖYÜLMÜŞDÜR
Zərər çəkən jurnalist Olqa Kiri Birinci kanalın efirində bildirmişdir ki, hadisə travmatologiya şöbəsinin girəcəyində baş vermişdir. Jurnalistlərin yolunu milis forması geymiş, sərxoş vəziyyətdə olan iki kişi kəsmişdir. Əvvəlcə onlar xəstəxananın ərazisini çəkməyə icazə verməmiş, sonra jurnalist qadını üzündən və qarnından bir neçə dəfə vurmuşlar.
İlkin informasiyaya görə, hücum edənlərə xəstəxananın mühafizəsi tapşırılmamışdır. Məlum olmuşdur ki, onlar İriston rayon şöbəsinin əməkdaşları imiş. Jurnalistlərə qanun pozucularını tanımaq təklif olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]