Voleybol üzrə Azərbaycan çempionatlarının 2020-2021-ci il mövsümü ləğv edilib
Bakı, 10 mart, AZƏRTAC
Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Buna ölkəmizdə aprelin 1-dək karantin rejiminin tətbiq edilməsi və qapalı məkanlarda idman yarışlarının keçirilməsinə qadağa qoyulması səbəb olub. Buna görə də 2020-2021-ci il mövsümündə kişi və qadınlar arasında ölkə çempionatları, həmçinin 1-ci dəstədəki yarışlar təşkil edilməyəcək.
Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019-2020-ci il mövsümündə qaliblər elan olunmadan saxlanılıb.
2021-2022-ci il mövsümünün təşkili isə koronavirusla bağlı vəziyyətdən asılı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]