“VOLQOQRAD” SÖZÜ “STALİNQRAD” SÖZÜ İLƏ ƏVƏZ OLUNACAQ
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, Rusiya paytaxtında Naməlum əsgərin məzarı önündəki daş lövhədəki “Volqoqrad” sözü “Stalinqrad” sözü ilə əvəz olunacaqdır. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı müvafiq fərman imzalamışdır. O, Federal Mühafizə Xidməti ilə razılaşdırmaqla, Aleksandr bağında “Stalinqrad” sözünün yazılması üçün paytaxt hökumətinə üç ay vaxt vermişdir.
Fərmanda deyilir ki, bu qərar Qələbənin 60 illiyi ərəfəsində, Böyük Vətən müharibəsində əsaslı dönüş yaratmış Stalinqrad vuruşmasının əhəmiyyətini nəzərə alaraq və Rusiya dövləti tarixinin qorunub saxlanılması məqsədi ilə qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]