Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycanlılara qarşı törədilən cinayətlərin iştirakçıları cəzasız qalmamalıdır

Vüqar Rəhimzadə: Azərbaycanlılara qarşı törədilən cinayətlərin iştirakçıları cəzasız qalmamalıdır

Bakı, 1 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin “Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq” çağırışı keçilən yolun, eyni zamanda, Azərbaycanın hər bir hədəfə zamanında nail olmasının təqdimatıdır. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqların müəllifi kimi dünyanın diqqətindədir. Bu reallıqların mühüm tərkib hissələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, digər mühüm tərəfi isə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə təklif edilən sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın sülh təklifi həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. 30 illik işğal dövründə ermənilərin törətdikləri faciələrə, ən əsası sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması nəticəsində 3 mindən artıq şəhidimizin olmasına baxmayaraq, Azərbaycan qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Təbii ki, bu təklif heç zaman bu anlama gəlmir ki, xalqımız yaşananları unudub, yaxud unudacaq. Amma regionda davamlı sülhün təmin edilməsi üçün belə bir addımın atılması qaçılmazdır. Amma Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdığı göz qabağındadır. Hazırda günün əsas müzakirə mövzularından olan “humanitar yardım” böhranı şousu da bunun təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev belə məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha bu günlərdə 49 ölkədən 150 qonağın iştirak etdiyi Şuşa Qlobal Media Forumunda açıqladı. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasını postmünaqişə dövründə mühüm mərhələ kimi dəyərləndirən Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan bu mühüm addımın atılmasını şərtləndirən amilləri də diqqətə çatdırdı.

Reallıq budur ki, Azərbaycanın öz suveren ərazisində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini qurması qanunsuz silah daşınmasının qarşısını almaqla yanaşı, terrorçuların qanun qarşısında cavab verməsini də təmin edəcək. Bunu son günlərin hadisələri də təsdiqləyir. Aprelin 23-də yaradılan buraxılış keçid məntəqəsindən istifadə iyunun 15-də Ermənistanın növbəti təxribatı nəticəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra dayandırıldı. Vəziyyəti siyasiləşdirməyə çalışan Ermənistan Xankəndidə guya “humanitar böhran” yarandığını iddia edərək Azərbaycanın ədalətli mövqeyini dünyaya öz maraqları baxımından çatdırmağa çalışır. Bu mühüm məqamı da nəzərə alaq ki, Azərbaycan Xankəndidə yaşayan ermənilərin ehtiyaclarının ödənilməsi üçün Ağdam-Xankəndi yolunu təklif etsə də, Ermənistan bununla razılaşmır. Bu, artıq işğalçı dövlətin məqsəd-məramının nədən ibarət olduğunu açıqlamaqla yanaşı, “humanitar böhran” yalanını da ifşa edir.

Baş redaktor onu da əlavə edib ki, Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq faktlarına görə məhdudlaşdırılıb. Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün “Laçın” buraxılış məntəqəsini açıq saxlayır. İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenin dövlətimizin başçısı İlham Əliyevə telefon zəngində də əsas müzakirə olunan məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət oldu. Prezident İlham Əliyev bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Ermənistan tərəfinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd edilməsi, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərilməsi diqqətə çatdırılaraq o da əlavə edildi ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxır. Erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlıdır və bu məqsədlə Xocalıda birinci görüş keçirildi. İkinci görüş üçün isə Azərbaycan təklifini təqdim edib.

Vüqar Rəhimzadə bildirib ki, bunları qeyd etməkdə məqsədimiz bəllidir. Bu gün Ermənistanın “humanitar vəziyyət”, “blokada” kimi şoularına dəstək verərək Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini arxa plana keçirməyə çalışan bəzi qüvvələrə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri xatırlatmaq məcburiyyətindəyik. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun davamı olaraq 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın digər ərazilərini - Gəncə şəhərini, Bərdə və Tərtər rayonlarını raket atəşinə tutaraq törətdikləri terror hadisələrini xatırlasalar daha yaxşı olar. Dünya erməni vəhşiliyinin nümunəsi olan Xocalı soyqırımına göz yumdu. Hansı ki, Azərbaycan dövləti illərdir bu faciənin soyqırımı kimi tanıdılması istiqamətində səy göstərir. Rəsmi Bakı ən yüksək tribunalardan dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa çağırışlar edir. 30 illik işğal dövründə ermənilər Azərbaycan torpaqlarını xarabalığa çevirdilər, tarixi və dini abidələrimizi yerlə-yeksan etdilər. Məscidlərimizdə donuz saxlamaqla təkcə Azərbaycan xalqına deyil, ümumilikdə islam dünyasına hörmətsizlik etdilər. Hansı ki, bu gün İran Ermənistanın ən yaxın dostlarından biridir. İşğal dövründə Azərbaycanın sərvətləri talan edildi. Dünya yenə də seyrçi mövqedə dayanmaqda davam etdi. Amma bu gün erməni yalanlarını həqiqət kimi qəbul edən bəzi qüvvələr dərhal münasibət bildirir, regionda gərginliyin aradan qaldırılmasından bəhs edərkən Ermənistanın törətdiyi təxribatlardan yan keçərək çağırışlarının ünvanlarını sadəcə ümumi şəkildə ifadə edirlər.

Bu günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidəsi ilə müalicə üçün İrəvana getmək istəyən, terrorçu Vaqif Xaçaturyanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılmasına da münasibət bildirən V.Rəhimzadə deyib: “Bu, bir daha 30 ildə azərbaycanlılara qarşı qətliamlar törədənlərin hər birinin cəzalandırılacağını göstərir. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla, eyni zamanda, növbəti mərhələlərdə Ermənistanda baş qaldıran revanşist qüvvələrə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları ilə dərs verməklə gələcək üçün mesajlarını çatdırdı. Azərbaycana və azərbaycanlılara qarşı törədilən vəhşiliklərin, təxribatların iştirakçıları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq